HELİCOTER

HELİCOTER

HelicoTer


BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİNİN İSTİFADƏSİ ÜZRƏ TƏLİMAT (istehlakçılar ücün məlumat)

TƏRKİBİ: 1 kapsulun tərkibində vardır:
Təsiredici maddə: PYLOPASS™ (Lactobacillus reuteri DSM 17648) - 200 mq.
Köməkçi maddələr: Qida jelatini (Food gelatin), Yağ turşularının maqnezium duzları (Magnesium salts of fatty acids), Sellüloza (Cellulose), Silisium dioksid (Silicon dioxide).

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR: Bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədi ilə tövsiyyə olunan bioloji fəallığa malik qida əlavəsi.
MƏLUMAT: Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
İSTİFADƏ QAYDALARI VƏ DOZA: 6 yaşdan yuxarı uşaqlar və böyüklər 1 kapsul, gündə 1 dəfə, yemək vaxtı daxilə qəbul olunur.
ƏKS GÖSTƏRİŞLƏR: Məhsulun tərkibində olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.
BURAXILIŞ FORMASI: Kapsul.
QABLAŞDIRMA FORMASI: № 30 (2x15) blisterdə, karton qutu qablaşmada.
YARARLILIQ MÜDDƏTİ: 30 ay. Yararlılıq müddəti başa çatdıqdan sonra istifadə etmək olmaz.
SAXLANMA ŞƏRAİTİ: 25°C - dərəcədən yüksək olmayan otaq temperaturunda, quru və uşqaların əli çatmayan yerdə saxlamaq lazımdır.
İSTEHSAL TARİXİ: 10/2022

SON İSTİFADƏ TARİXİ: 04/2025

SERİYA NÖMRƏSİ: 50660

İSTEHSALÇI: Specchiasol S.r.l.,

ÜNVANI: Via Bruno Rizzi 1/3, 37012 Bussolengo (VR), İtaliya.
SATIŞ HÜQUQUNUN SAHİBİ: Perrery Farmaceutici S.r.l.,
Corso San Lorenzo, 1, 37026 Pescantına,
(VR), İtaliya.
www.perrery.it


HELİCOBACTER PYLORİ İLƏ MÜBARİZƏDƏ İNQİLAB