
İMMUNOVIS
İMMUNOVIS
DƏRMAN VASİTƏSİ DEYİLDİR!
Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat
(istehlakçılar üçün məlumat)
Qəbul etmədən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun.
Hər hansı bir sualınız yaranarsa , həkimə muraciət edin.
Bioloji fəallığa malik qida əlavəsidir, dərman vasitəsi deyildir.
Tərkibi: 10 ml şərbətin tərkibində vardır:
Təsiredici maddələr: beta-qlükan (1,3-beta-glucan from Saccharomyces 75%) – 120mq; sink qlükonat (zinc gluconate) -10 mq; vitamin C (L-ascorbic acid) – 50 mq; vitamin D (cholecalciferol 0,25%) -10 mkq(400 BV);
Köməkçi maddələr: qlükoza-fruktoza siropu, osmotik su, natrium laktat, ksantan saqqızı, portağal çiçəkləri, kalium sorbat.
İstifadə sahəsi və əsas göstərişlər:
Beta-qlükonat, D və C vitaminləri və sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ.
İstifadə qaydaları və doza:
6-12 yaş arası uşaqlar: 5ml gündə 1 dəfə;
12yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə 1 dəfə.
Məlumat:
Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Əks göstərişlər:
Məhsulun hər hansı kompanentinə qarşı fərdi həssaslıq.
Buraxılış forması:
Şərbət.
Qablaşdırma forması: 150 ml şüşə flakonda, karton qutu qablaşmada.
Saxlanılma şəraiti:
25 °C-dən yüksək olmayan temperaturda, quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti:
2 il. Yararlılıq müddəti başa çatandan sonra istifadə etmək olmaz.
İstehsalçı: PNKFarmaceutici S.p.a.,
Ünvanı: Via Tevere, 16, 64020 Castelnuovo Vomano (TE), İtaliya.
Satış hüququnun sahibi:
Perrery Farmaceutici S.r.l.,
Corso San Lorenzo 1, 37026 Pescantına (VR), İtaliya.
www. Perrery.it
Eksklüziv distributor:
EL COMPANY LTD, K. Kazımzadə küç. 802/7
AZ 1001 Bakı, Azərbaycan.