
POURLAKS BABY
POURLAKS BABY
Tərkibi :
Hər 1 q suppozitoriyanın (şamın) tərkibində vardır:
Təsiredici maddələr:
Zeytun yağı (lat. Olea Europaea L.) 2.5 mq; Kərə yağının yağlı ekstraktı 2.5 mq.
Köməkçi maddələr: bitki mənşəli doymuş qliseridlər 994.25 mq; rozmarin (lat. Rosmarinus officinalis) yarpaqlarının yağlı ekstraktı 0.75 mq.
Xüsusiyyətlər:
POURLAKS Baby rektal suppozitoriyalar (şamlar) düz bağırsaqda yerli təsir göstərir. Təsir mexanizmi
Düz bağırsaqda həll olunmuş suppozitoriyalar (şamlar) bağırsaqlarda suyun həcmini artıraraq, nəcisin nəmlənməsinə səbəb olur. Daha sonra artan nəcis kütlələri düz bağırsağın divarına təzyiq edərək, bağırsaq peristaltikasını stimullaşdırır.
Nəticədə, yumşalmış nəcis asanlıqla bağırsaqdan xaric olur (defekasiya asanlaşır).
POURLAKS Baby rektal suppozitoriyaların tərkibində olan kərə yağının yağlı ekstraktı nəcisi yumşaldır, bağırsağın peristaltikasını stimullaşdırır, bağırsağın hərəkətliliyini təmin edir və nəcisin sürüşməsini asanlaşdırır.
Məhsulun tərkibində olan zeytun yağı isə suppozitoriyaların düz bağırsaqda sürüşkənliyini artırır və gecikmiş stulu yumşaldır. Suppozitoriyalar tez və effektiv olaraq, adətən 15-30 dəqiqə ərzində təsir göstərir.
Məhsulun tərkibində olan zeytun yağı isə suppozitoriyaların düz bağırsaqda sürüşkənliyini artırır və gecikmiş stulu yumşaldır. Suppozitoriyalar tez və effektiv olaraq, adətən 15-30 dəqiqə ərzində təsir göstərir
İstifadəsinə göstərişlər: Uşaqlarda və yenidoğulmuşlarda (həyatının ikinci həftəsindən başlayaraq) arabir təsadüf olunan qəbizliyi aradan qaldırmaq üçün (uzun müddətli qəbizlik üçün deyil).
Əks göstərişlər:
Uzun müddətli istifadəsi allergik reaksiyalara səbəb ola bilər. Bu halda məhsulun istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır. Əgər uşaqda laktozaya qarşı dözümsüzlük və ya POURLAKS Baby rektal suppozitoriyaların tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya varsa, bu məhsuldan istifadə etmək olmaz.
İstifadə qaydası və dozası.
İstifadə qaydası
POURLAKS Baby rektal suppozitoriyalar (şamlar) düz bağırsaqda (rektal) istifadə üçün nəzərdə tutulub.
Hər istifadədən əvvəl və sonra əlləri yumaq məsləhətdir.
Əlləri yaxşıca yuduqdan sonra blisteri qutudan çıxartmaq, daha sonra suppozitoriyaların birini blisterdən ayırmaq lazımdır. Suppozitoriyaları plastik örtükdən çıxartmaq üçün baş və şəhadət barmaqları ilə tutularaq, plastik örtük yavaş yavaş açılmalıdır. Suppozitoriyaları daha asan yeritmək üçün düz bağırsağa daxil etməzdən əvvəl onu isti axan su ilə nəmləndirmək tövsiyə olunur. Uşağı arxasıüstə uzandıqdan sonra, ehtiyatla ayaqlarından tutmaq və suppozitoriyanı (şamı) düz bağırsağın anal dəliyindən kiçik barmağınızla yan tərəfə basaraq, 1-2 sm içəri yeritmək lazımdır.
Dozası
İstənilən suppozitoriyanın forması “torpedo formalı baş” və “arxa” hissələr kimi tərtib edilmişdir, çünki bu suppozitoriyanın yeridilməsi üçün ən əlverişli forma olduğu sübut edilmişdir.
2 həftəyə qədər uşaqlara daha kiçik doza vermək məsləhətdir. 2 həftədən 3 aya qədər uşaqlara istifadə olunan 0,5 suppozitoriya üçün suppozitoriya aşağıdakı şəkildə göstərildiyi kimi ortadan bölünməlidir.
"torpedo şəkilli baş" hissəsini istifadə edin Arxa hissəsini atın
Gündə bir doza istifadə etmək tövsiyə olunur, lakin zəruri hallarda yaş qrupuna uyğun olaraq ümumi dozanı artırmaq mümkündür.
POURLAKS Baby rektal suppozitoriyanın birdəfəlik dozasından sonra növbəti doza (əgər ehtiyac olarsa) 6 saat sonra və ya daha gec tətbiq olunmalıdır.
Əgər maksimal gündəlik dozanın qəbulundan sonra uşaqda defekasiya (stul) yoxdursa, həkimlə məsləhətləşmək lazımdır. 6 aydan kiçik uşaqlar üçün həkiminizlə məsləhətləşin. 6 aydan kiçik uşaqlar üçün həmişə həkimə müraciət edin.
Əlavə təsirləri:
Tezliyi məlum deyil: Uzun müddətli istifadəsi allergik reaksiyalara səbəb ola bilər.
Belə hallarda şamın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Buraxılış forması:
5 rektal suppozitoriya (şam) bir blisterdə, 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır (qutuda 10 suppozitoriya var).
Saxlanma şəraiti: 5 °C-dən 25 °C-ə qədər temperaturda, nəmlikdən və işıqdan qorumaq üçün öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 3il. Suppozitoriyalar istifadə müddəti müəyyən edilmiş ayın son gününə qədər tədbiq oluna bilər. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
DƏRMAN VASİTƏSİ DEYİL .
TİBBİ VASİTƏ.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
Həkiminiz tərəfindən məsləhət yoxdursa, tövsiyə olunan gündəlik dozanı aşmayın.
Ağızdan (peroral) qəbul etmək olmaz.
Ağrının səbəbi bilinmədiyi təqdirdə, kəskin mədə ağrısı zamanı suppozitoriyalardan istifadə etməyin.
Əgər uşaqda laktozaya dözümsüzlük və ya məhsulun tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya olarsa, tibbi məhsuldan istifadə etməyin.
Tibbi məhsulu kanalizasiyaya və ya məişət tullantıları ilə birlikdə atmaq olmaz.
Aptekdən buraxılma şərti Reseptsiz buraxılır.
İstehsalçı
UAB Innovative Pharma Baltics, Mokslininku 6A, 08412 Vilnüs, Litva.
Qeydiyyat vəsiqəsinin sahibi
Perrery Farmaceutici S.r.l., Corso San Lorenzo, 1, 37026 - Pescantina (VR), İtaly. www.perrery.it
Eksklüziv distribyutor EL Kompaniya MMC.