
RİSPOTER
RİSPOTER daxilə qəbul üçün məhlul
RISPOTER
Beynəlxalq patentləşdirilməmiş adı: Risperidone
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1 mq risperidon var.
Köməkçi maddələr: tartar turşusu (E334), benzoy turşusu (E210), natrium hidroksid, təmizlənmiş su.
Təsviri
Şəffaf və rəngsiz oral məhluldur.
Farmakoterapevtik qrupu
Digər antipsixotik vasitələr.
ATC kodu:N05AX08.
Farmakoloji xüsusuiyyətləri
Risperidon unikal xüsusiyyətlərə malik selektiv monoaminergik antaqonistidir. Onun serotonin 5-HT2 və dofamin D2 reseptorları ilə yüksək affinliyə malikdir. Risperidon həmçinin, α1-adrenoreseptorları ilə, bir qədər zəif olaraq Н1-histamin reseptorları və α2-adrenoreseptorları ilə birləşir. Risperidonun xolinergik reseptorlara affinliyi yoxdur. Risperidon güclü D2 antaqonisti olmasına baxmayaraq, şizofreniya xəstəliyinin simptomlarını azaldır, klassik neyroleptiklərə nisbətən hərəki aktivliyi azaltması və katalepsiyanı induksiya etməsi daha az dərəcədədir. Serotoninə və dofaminə qarşı balanslaşdırılmış mərkəzi antaqonizm, ehtimal ki, ekstrapiramid əlavə təsirlərə meyilliyi azaldır və şizofreniyanın mənfi və affektiv simptomlarını əhatə etmək üçün dərmanın terapevtik təsirini genişləndirir.
Farmakodinamikası
Klinik effektivlik
Şizofreniya
Şizofreniyanın qısamüddətli müalicəsində risperidonun effektivliyi şizofreniya üçün DSM-IV meyarlarına cavab verən 2500-dən çox pasiyentin iştirak etdiyi 4-8 həftə davam edən dörd tədqiqatda müəyyən edilmişdir. Gündə iki dəfə verilən 10 mq/gün-ə qədər dozada risperidonun titrlənməsini əhatə edən 6 həftəlik plasebo-nəzarətli araşdırmada ümumi psixotik simptomların qısa qiymətləndirilmə şkalasının (BPRS) göstəricilərinə görə risperidon plasebodan üstün olmuşdur. Risperidonun dörd sabit dozasını (gündə iki dəfə qəbul edilən 2, 6, 10 və 16 mq/gün) əhatə edən 8 həftəlik plasebo-nəzarətli araşdırmada risperidon istifadə edən dörd qrupun hamısının nəticələri Müsbət və Mənfi Sindromlar Şkalası (PANSS) balına görə plasebodan üstün idi. Risperidonun beş sabit dozasını əhatə edən 8 həftəlik doza müqayisəli araşdırmada (gündə iki dəfə tətbiq olunan 1, 4, 8, 12 və 16 mq/gün) 4, 8 və 16 mq/gün dozada risperidonla müalicə alan qruplarda effektivlik PANSS balına görə 1 mq risperidon qəbul edən qrupdan daha üstün olmuşdur. Risperidonun iki sabit dozasını (gündə bir dəfə qəbul edilən 4 və 8 mq/gün) əhatə edən 4 həftəlik plasebo-nəzarət edilən doza müqayisəli araşdırmada risperidon istifadə edən hər 2 qrup ümumi PANSS və cavab tədbiri (PANSS ümumi balında 20% azalma) də daxil olmaqla bir neçə PANSS göstəricilərinə görə plasebodan üstün olmuşdur. Residivləri müşahidə etmək üçün aparılan uzun müddətli bir araşdırmada, əsasən şizofreniya üçün DSM-IV meyarlarına cavab verən və antipsixotik dərman qəbul edərkən ən azı 4 həftə klinik stabil olan yetkin ambulator pasiyentlərə 1-2 il müddətində 2-8 mq/gün risperidon və ya haloperidol təyin edilmişdir. Risperidon qəbul edən pasiyentlərdə haloperidol qəbul edən pasiyentlərlə müqayisədə residivə qədər olan müddət xeyli uzun olmuşdur.
Bipolyar pozğunluqla əlaqəli manik epizodlar
Bipolyar I pozğunluqla əlaqəli kəskin manik epizodların müalicəsində risperidon monoterapiyasının effektivliyi DSM-IV meyarlarına əsasən bipolyar I pozğunluğu olan təxminən 820 xəstədə ikiqat kor, plasebo ilə idarə olunan üç monoterapiya tədqiqatında nümayiş etdirilmişdir. Üç tədqiqat göstərdi ki, 1-6 mq/gün risperidonun (iki tədqiqatda 3 mq ilkin dozası və bir tədqiqatda 2 mq) təsiri nəticəsində olan dəyişikliklər 3-cü həftədə Gənc Maniya Qiymətləndirmə Şkalasının (YMRS) ümumi balına görə ilkin göstərici ilə müqayisədə plasebodan əhəmiyyətli dərəcədə üstün olub. İkinci dərəcəli effektivlik nəticələri ümumiyyətlə, ilkin nəticə ilə uyğundur. Başlanğıcdan 3 həftəlik son nöqtəyə qədər ümumi YMRS balında 50% azalma olan pasiyentlərin faizi plasebo qrupuna nisbətən risperidon qrupunda əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Üç tədqiqatdan birinə haloperidol qrupu və 9 həftəlik ikili kor dəstəkləyici mərhələ aiddir. Effektivlik tam 9 həftəlik dəstəkləyici müalicə dövründə saxlanılmışdır. Ümumi YMRS-də dəyişiklik başlanğıc səviyyəsi ilə müqayisədə davamlı yaxşılaşmanı göstərdi və 12-ci həftədə risperidon və haloperidol arasında müqayisə aparıldı. Kəskin maniyanın müalicəsində əhval-ruhiyyə stabilləşdiricilərinə əlavə olunan risperidonun effektivliyi, bipolyar I pozulmanın DSM-IV kriteriyalarına cavab verən təqribən 300 pasiyentin iştirakı ilə aparılan 3 həftəlik ikiqat kor tədqiqatlardan birində nümayiş etdirilmişdir. 3 həftəlik bir araşdırmada, gündə 2 mq-dan başlayaraq litium və ya valproata əlavə olunmuş 1-6 mq/gün dozada risperidonun təyini zamanı baş vermiş dəyişikliklər 3-cü həftədə əvvəlki ilkin vəziyyətlə müqayisədə, YMRS-in ümumi balına görə litium və ya valproatdan üstün olmuşdur. İkinci 3 həftəlik tədqiqatda, litium, valproat və ya karbamazepin ilə birlikdə gündə 2 mq başlayan 1-6 mq/gün dozada risperidon YMRS ümumi balını azaltmaqda litium, valproat və ya karbamazepindən üstün olmamışdır. Bu tədqiqatın uğursuzluğunun mümkün izahı, risperidonun və 9-hidroksi-risperidonun sub-terapevtik səviyyələri ilə nəticələnən karbamazepin tərəfindən risperidonun və 9-hidroksi-risperidonun klirensinin induksiyası idi. Post hoc analizində karbamazepin qrupu xaric edildikdə, risperidon litium və ya valproat ilə birlikdə tək bir YMRS ümumi balını azaltmaq baxımından litium və ya valproatdan üstün olmuşdur.
Demensiyada davamlı aqressiya
Aqressiya, oyanıqlıq, psixoz, aktivlik və affektiv pozuntular kimi davranış pozuntuları daxil demensiyanın davranış və psixoloji simptomlarının (BPSD) müalicəsində Risperidonun effektivliyi orta və ağır demensiyası olan 1150 yaşlı pasiyentlərin iştirakı ilə aparılan ikiqat kor, plasebo ilə idarə olunan üç tədqiqatda nümayiş etdirilmişdir. Bir tədqiqata gündə 0,5, 1 və 2 mq risperidonun sabit dozaları daxil edilmişdir. İki çevik doza tədqiqatına isə risperidonun müvafiq olaraq 0,5-4 mq/gün və 0,5-2 mq/gün doza qrupları daxildir. Risperidon demensiyalı yaşlı pasiyentlərdə aqressiyanın müalicəsində statistik və klinik cəhətdən əhəmiyyətli effektivlik göstərmişdir (Alzheimer's Disease Rating Scale [BEHAVE-AD] və Cohen-Mansfield Agitation Inventory [CMAI] göstəricilərinə görə). Risperidonun müalicəvi effekti Mini-Psixi Dövlət Müayinəsi (MMSE) balından (yəni, demensiyanın ağırlığından), risperidonun sedativ xüsusiyyətlərindən, psixozun olub və ya olmamasından, demensiyanın növündən, Alsheymer xəstəliyindən, damar və ya qarışıq səbəblərdən asılı deyildir.
Uşaqlar
Davranış pozuntusu
Pozucu davranışın qısamüddətli müalicəsində Risperidonun effektivliyi pozucu davranış pozuntularının DSM-IV diaqnostikası (DBD) və sərhəd intellektual fəaliyyəti və ya yüngül və ya orta dərəcədə əqli geriliyi/qavrama pozuntusu olan 5-12 yaş arası təxminən 240 pasiyentdə ikiqat kor, plasebo nəzarətli iki araşdırmada nümayiş etdirilmişdir. İki araşdırmada 0,02-0,06 mq/kq/gün dozalarda risperidon, 6-cı həftədə əvvəlcədən müəyyən edilmiş ilkin son nöqtədə, yəni Neesonger Uşaq Davranışının Qiymətləndirilməsi Formasının (N-CBRF) Davranış Problemi alt şkalası üzrə ilkin səviyyədən dəyişikliklə plasebodan əhəmiyyətli dərəcədə üstün olmuşdur.
Farmakokinetikası
Rispoterin oral məhlulu və ağızda dağılan tabletləri təbəqə örtüyü olan Rispoter tabletlərinə bioekvivalentdir. Risperidon onunla analoji farmakoloji aktivliyə malik 9-hidroksi-risperidona qədər metabolizə olunur.
Absorbsiyası
Peroral qəbuldan sonra risperidon tamamilə sorulur, 1-2 saatdan sonra plazmada maksimum konsentrasiyaya çatır. Ağızdan qəbul edildikdən sonra risperidonun mütləq biomənimsənilməsi 70% təşkil edir. Risperidon tabletlərinin nisbi biomənimsənilməsi məhlul şəklində olan risperidona nisbətən 94% (CV=10%) təşkil edir. Qida preparatın absorbsiyasına təsir göstərmir, ona görə də risperidon qida qəbulundan asılı olmayaraq təyin oluna bilər. Əksər pasiyentlərin orqanizmində risperidonun tarazlıq konsentrasiyası 1 gün ərzində əldə edilir. 9-hidroksirisperidonun tarazlıq konsentrasiyası 4-5 gün ərzində əldə olunur.
Paylanması
Risperidon orqanizmdə sürətlə yayılır. Paylanma həcmi 1-2 l/kq-dır. Plazmada risperidon albumin və alfa 1-turşu qlikoproteinə bağlanır. Risperidon 90%-i, 9-hidroksirisperidonun isə 77%-i plazma zülalları ilə birləşir.
Metabolizmi və eliminasiyası
Risperidon CYP 2D6 izofermentintin iştirakı ilə farmakoloji təsirinə görə risperidona oxşar olan 9-hidroksirisperidona qədər metabolizə olunur.
Risperidon və 9-hidroksirisperidon aktiv antipsixotik fraksiyanı təşkil edirlər. CYP 2D6 izofermenti genetik polimorfizmə məruz qalır. CYP 2D6 izofermenti ilə intensiv metabolizmi olan pasiyentlərdə risperidon sürətlə 9-hidroksirisperidona çevrilir, metabolizmi zəif olan pasiyentlərdə isə bu transformasiya çox ləng gedir. İntensiv metabolizmi olan pasiyentlərdə zəif metabolizmi olan pasiyentlərə nisbətən risperidonun konsentrasiyası aşağı və 9-hidroksirisperidonun konsentrasiyası daha yüksək olsa da, bir və ya daha çox doza qəbul etdikdən sonra risperidonun və 9-hidroksirisperidonun (aktiv antipsixotik fraksiya) ümumi farmakokinetikası intensiv və zəif CYP 2D6 metabolizmi olan pasiyentlərdə oxşardır.
Risperidonun başqa bir metabolizm yolu N-dealkilləşmədir. İnsanın qaraciyər mikrosomlarında aparılan in vitro tədqiqatlar göstərmişdir ki, risperidon klinik əhəmiyyətli konsentrasiyalarda CYP 1A2, CYP 2A6, CYP 2C8/9/10, CYP 2D6, CYP 2E1, CYP 3A4 и CYP 3A5 də daxil olmaqla P450 sisteminin izofermentləri vasitəsilə biotransformasiyaya məruz qalan dərman preparatlarının metabolizmini inhibə etmir. Dərmanın qəbulu başladıqdan bir həftə sonra dozanın 70%-i sidiklə, 14%-i nəcislə xaric olur. Sidikdə risperidon 9-hidroksirisperidon ilə birlikdə dozanın 35-45%-ni təşkil edir. Qalan hissəsini qeyri aktiv metabolitlər təşkil edir. Psixozlu pasiyentlərdə daxilə qəbul etdikdən sonra risperidonun orqanizmdən yarımxaricolma dövrü təxminən 3 saatdır. 9-hidroksirisperidonun və aktiv antipsixotik fraksiyanın yarımxaricolma dövrü 24 saatdır.
Xəttilik
Risperidonun plazma konsentrasiyası terapevtik dozalar diapazonunda tətbiq olunan doza ilə birbaşa mütənasibdir.
Yaşlı pasiyentlər, qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlər
Yaşlı pasiyentlərdə peroral risperidonun birdəfəlik dozasından sonra aktiv antipsixotik fraksiyanın plazma konsentrasiyaları orta hesabla 43% daha çox, yarımxaricolma dövrü 38% daha uzun, klirensi isə 30% daha az olmuşdur. Orta dərəcədə böyrək çatışmazlığı olan böyüklərdə aktiv maddənin klirensi sağlam gənclərdəki klirensin ~48%-ni, ağır böyrək çatışmazlığı olan böyüklərdə isə ~ 31%-ni təşkil edir.
Təsiredici maddənin yarımxaricolma dövrü gənclərdə 16,7 saat, orta dərəcəli böyrək çatışmazlığı olan böyüklərdə 24,9 saat (və ya sağlam gənclərdən təxminən 1,5 dəfə çox) və ağır böyrək çatışmazlığı olan böyüklərdə isə 28,8 saat (və ya sağlam gənclərdən təxminən 1,7 dəfə çox) təşkil etmişdir. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə risperidonun plazma konsentrasiyası dəyişməmişdir, lakin risperidonun sərbəst fraksiyasının orta plazma konsentrasiyası 35% artmışdır. Orta və ağır qaraciyər çatışmazlığı olan böyüklərdə risperidonun və aktiv hissəsinin oral klirensi və yarımxaricolma dövrü sağlam gənclərdən əhəmiyyətli dərəcədə fərqlənməmişdir.
Uşaqlar
Uşaqlarda risperidonun, 9-hidroksirisperidonun və aktiv antipsixotik fraksiyasının farmakokinetikası böyük pasiyentlərin farmakokinetikası ilə oxşardır.
Cins, irq və siqaretin təsiri
Əhalinin farmakokinetik təhlili cinsin, irqin və ya siqaretin risperidonun və aktiv farmakokinetik fraksiyasının farmakokinetikasına aşkar təsirini müşahidə etməmişdir.
İstifadəsinə göstərişlər
Şizofreniyanın müalicəsi.
Bipolyar pozğunluqla əlaqəli orta və ağır manikal epizodların müalicəsi.
Qeyri-farmakoloji üsullara cavab verməyən, həmçinin özünə və ya başqalarına zərər vurma riski olan, Alsheymer xəstəliyi ilə bağlı orta və ağır dərəcədə demensiyalı pasiyentlərdə davamlı aqressiyanın qısa müddətli müalicəsi (6 həftəyə qədər).
Davranış pozuntusu olan və orta səviyyədən aşağı intellektə malik və ya DSM-IV meyarlarına uyğun olaraq əqli gerilik diaqnozu qoyulmuş 5 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə ağırlığı dərman müalicəsi tələb edən davamlı aqressiyanın qısa müddətli simptomatik müalicəsi (6 həftəyə qədər).
Dərman müalicəsi psixoloji və maarifləndirici tədbirlər daxil olmaqla daha əhatəli müalicə proqramının ayrılmaz hissəsi olmalıdır.
Risperidon uşaq nevrologiyası və uşaq və yeniyetmə psixiatriyası üzrə mütəxəssislər və ya uşaq və yeniyetmələrdə davranış pozğunluğunun müalicəsi ilə yaxşı tanış olan həkimlər tərəfindən təyin olunmalıdır.
Əks göstərişlər
Aktiv maddəyə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Demensiyadan əziyyət çəkən yaşlı pasiyentlərdə yüksək ölüm halları
17 nəzarət edilən araşdırmaların meta-analizi atipik antipsixotik preparatlarla, o cümlədən risperidonla müalicə alan demensiyalı yaşlı pasiyentlərdə plasebo ilə müqayisədə ölüm hallarnın daha yüksək olması göstərmişdir. Bu əhali qrupunda ölüm hallarının rastgəlmə tezliyi risperidon qəbul edən pasiyentlərdə 4,0%, plasebo ilə müalicə alanlarda isə 3,1% olmuşdur. Ehtimal nisbəti (95% dəqiq inam intervalı) 1,21 (0,7; 2,1) təşkil edir. Ölən pasiyentlərin orta yaşı 86 (67-100 yaşlar) olmuşdur. 2 böyük müşahidə araşdırmasından əldə edilən məlumatlar göstərir ki, tipik antipsixotik preparatlarla müalicə olunan demensiyalı yaşlı pasiyentlərdə də müalicə olunmayan pasiyentlərlə müqayisədə ölüm riski bir qədər yüksəkdir. Hazırda bu riski dəqiq qiymətləndirmək üçün kifayət qədər məlumat toplanmamışdır. Ölüm hallarının artması bu qrup pasiyentlərin xüsusiyyətlərinə deyil, antipsixotik preparatlara nə dərəcədə şamil oluna biləcəyi də müəyyən edilməmişdir.
Demensiyası olan yaşlı pasiyentlərdə furosemidlə birlikdə istifadəsi
Demensiyası olan yaşlı pasiyentlərdə tək risperidon (3,1%, orta yaş 84 yaş, diapazon 70-96 il) və yalnız furosemid qəbul edən (4,1%, orta yaş 80 yaş, diapazon 67-90 yaş) pasiyent qrupları ilə müqayisədə furosemid və oral risperidonu birlikdə istifadə edən pasiyentlər arasında (7,3%, orta yaş 89 yaş, diapazon 75-97 yaş) ölüm halları artmışdır. Risperidonu furosemidlə birlikdə qəbul edən pasiyentlərdə ölüm hallarının artması 4 klinik tədqiqatdan 2-də müşahidə edilmişdir. Risperidonun digər diuretiklərlə (əsasən aşağı dozalı tiazid diuretiklər) birlikdə istifadəsi ölüm hallarının artması ilə nəticələnməmişdir. Bu müşahidəni izah etmək üçün heç bir patofizyoloji mexanizm müəyyən edilməmişdir. Lakin belə hallarda preparatı xüsusi ehtiyatla təyin etmək lazımdır. İstifadəyə qərar verməzdən əvvəl risk/fayda nisbəti nəzərə alınmalıdır. Digər diuretiklərlə risperidonun birgə istifadəsi zamanı pasiyentlərdə ölüm hallarının artması müşahidə olunmamışdır. Müalicədən asılı olmayaraq, dehidratasiya ölüm üçün ümumi risk faktorudur və bu hal demensiyalı yaşlı pasiyentlərdə diqqətlə izlənilməlidir.
Serebrovaskulyar əlavə təsirlər (CVAE)
Plasebo-nəzarətli klinik araşdırlarda müəyyən atipik antipsixotiklər qəbul edən demensiyalı pasiyentlərdə serebrovaskulyar əlavə təsirlərin riski təxminən 3 dəfə artmışdır. Əsasən demensiyalı (>65 yaşdan yuxarı) yaşlı pasiyentləri əhatə edən 6 plasebo-nəzarətli araşdırmanın toplanmış məlumatları göstərir ki, serebrovaskulyar əlavə təsirlər (ciddi və qeyri-ciddi) risperidonla müalicə olunan xəstələrin 3,3%-də (33/1009) və plasebo qəbul edən xəstələrin 1,2%-də (8/712) baş vermişdir. Risklərin nisbəti 2,96 (1,34, 7,50) idi (95% etibarlılıq intervalı ilə). Riskin artması mexanizmi məlum deyil. Digər antipsixotik preparatlar, həmçinin digər pasiyentlər üçün riskin artması istisna edilə bilməz. Rispoter insult üçün risk faktorları olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir.
Serebrovaskulyar əlavə təsirlərin əmələ gəlmə riski qarışıq və ya damar demensiyası olan pasiyentlərdə Alsheymer demensiyası olan pasiyentlərə nisbətən daha yüksəkdir. Buna görə də, Alsheymer demensiyası olan pasiyentlərdən başqa, hər hansı növ demensiyası olan pasiyentlər risperidon qəbul etməməlidirlər. Həkimlər demensiyalı yaşlı pasiyentlərdə Rispoterin istifadəsinin risk/fayda nisbətini insult riskinin proqnozlaşdırıcılarını nəzərə almaqla hər bir pasiyentdə fərdi olaraq qiymətləndirməlidirlər. Üzdə, ayaqlarda, qollarda qəfil zəiflik və ya hərəkətsizlik/uyuşma, həmçinin nitq və görmə problemləri kimi ürək-damar xəstəliklərinin əlamətləri və simptomları barədə dərhal məlumat verilməsi haqqında pasiyentlərə və onlara qulluq edən şəxslərə xəbərdarlıq edilməlidir. Risperidonun qəbulunun dayandırılması da daxil olmaqla, bütün mümkün müalicə variantları nəzərdən keçirilməlidir.
Rispoter yalnız orta və ağır dərəcəli Alsheymer demensiyası olan, qeyri-farmakoloji tənzimləmə üsullarına əlavə olaraq, özünə və ya başqalarına zərər vurma riski olan pasiyentlərdə davamlı aqressiyanın qısa müddətli müalicəsi üçün istifadə oluna bilər.
Pasiyentlərin vəziyyətini və risperidonla müalicəni davam etdirmək ehtiyacını daim qiymətləndirmək lazımdır.
Ortostatik hipotenziya
Risperidon α-blokadaedici aktivliyə malikdir və bu səbəbdən bəzi pasiyentlərdə ortostatik hipotenziyaya səbəb ola bilər, xüsusən başlanğıc doza seçimi dövründə. Antihipertenziv preparatlarla risperidonun eyni vaxtda istifadəsi zamanı klinik əhəmiyyətli hipotenziya müşahidə olunmuşdur. Rispoter məlum ürək-damar xəstəlikləri (məsələn, ürək çatışmazlığı, miokard infarktı, ürək keçiriciliyinin pozulması, dehidratasiya, hipovolemiya və ya serebrovaskulyar xəstəliklər) olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Müvafiq dozanın tənzimlənməsi də lazımdır. Hipotenziya baş verdikdə dozanın azaldılması imkanını qiymətləndirmək tövsiyə olunur.
Leykopeniya, neytropeniya və aqranulositoz
Antipsixotiklər, o cümlədən risperidon leykopeniya, neytropeniya və aqranulositoza səbəb ola bilər. Aqranulositoza nadir hallarda (<1/10.000 xəstə) rast gəlinir.
Anamnezində klinik əhəmiyyətli aşağı sayda leykositlər və ya medikamentoz leykopeniya/neytropeniyası olan pasiyentlərdə müalicənin ilk bir neçə ayı ərzində və dərmanın qəbulu bitdikdən sonra ilk bir neçə il müddətində monitorinq aparılmalıdır və leykositlərin sayının klinik əhəmiyyətli dərəcədə azalmasının ilk əlamətləri olduqda Rispoterin qəbulunun dayandırılması məsələsinə baxılmalıdır, əgər digər səbəblər yoxdursa.
Klinik əhəmiyyətli neytropeniyası olan pasiyentlər qızdırma və ya infeksiyanın digər simptomlarının və ya əlamətlərinin vaxtında aşkar edilməsi üçün diqqətlə izlənilməli və belə simptomlar və ya əlamətlər baş verərsə, dərhal müalicə almalıdırlar. Ağır neytropeniyası olan pasiyentlərdə (neytrofillərin mütləq sayı < 1 × 109/L) Rispoter-in qəbulunu dayandırmalı və sağalana qədər leykositlərin sayı nəzarətdə saxlanılmalıdır.
Gecikmiş diskineziya və ekstrapiramid pozğunluqlar
Dofamin reseptorlarının antaqonistləri əsasən dil və/və ya mimik əzələlərin ritmik qeyri-ixtiyari hərəkətləri ilə xarakterizə olunan gecikmiş diskineziyaya səbəb ola bilərlər. Ekstrapiramid simptomların baş verməsi gecikmiş diskineziyanın inkişafı üçün risk faktorudur. Pasiyentdə gecikmiş diskineziyaya işarə edən obyektiv və ya subyektiv simptomlar inkişaf edərsə, Rispoterin oral məhlulu da daxil olmaqla bütün antipsixotik preparatların dayandırılmasının məqsədəuyğunluğu nəzərə alınmalıdır. Hər iki psixostimulyator (məsələn, metilfenidat və risperidon) qəbul edən pasiyentlərdə ekstrapiramid simptomlar baş verə biləcəyi səbəbindən ehtiyatlı olmaq lazımdır.
Bədxassəli neyroleptik sindrom (NMS)
Antipsixotik preparatlar, o cümlədən risperidon hipertermiya, əzələ sərtliyi, vegetativ sinir sistemi funksiyalarının qeyri-sabitliyi, şüurun depressiyası və qan zərdabında kreatinfosfokinaza fermentinin konsentrasiyasının artması ilə xarakterizə olunan bədxassəli neyroleptik sindroma (NMS) səbəb ola bilər. Bədxassəli neyroleptik sindromu (NMS) olan pasiyentlərdə mioqlobinuriya (rabdomioliz) və kəskin böyrək çatışmazlığı da baş verə bilər. Pasiyentdə NMS-un obyektiv və ya subyektiv simptomları meydana çıxarsa, Rispoter də daxil olmaqla bütün antipsixotik dərmanların qəbulu dərhal dayandırılmalıdır.
Parkinson xəstəliyi zamanı demensiya və Levi cisimcikli demensiya
Antipsixotik dərmanları, o cümlədən Rispoter, Parkinson xəstəliyi və ya Levi cisimcikli demensiyası olan pasiyentlərə ehtiyatla təyin edilməlidir, çünki hər iki qrup pasiyentdə bədxassəli neyroleptik sindromun inkişafı riski və antipsixotik dərmanlara qarşı həssaslıq (ağrı hissinin kütləşməsi, huşun ala qaranlıq olması, tez-tez yıxılma ilə postural qeyri-sabitlik və ekstrapiramid simptomlar daxil) artmış olur. Risperidonun qəbulu zamanı Parkinson xəstəliyinin gedişatı pisləşə bilər.
Hiperqlikemiya və şəkərli diabet
Risperidon ilə müalicə zamanı hiperqlikemiya, şəkərli diabet və əvvəllər mövcud olan şəkərli diabetin kəskinləşməsi müşahidə edilmişdir. Çox güman ki, müalicədən əvvəlki çəki artımı da buna meyilləndirici faktordur. Çox nadir hallarda ketoasidoz və nadir hallarda diabetik koma baş verə bilər.
Rispoter daxil olmaqla, hər hansı atipik antipsixotik preparatla müalicə alan pasiyentlər hiperqlikemiya simptomlarını (məsələn, polidipsiya, poliuriya, polifagiya və zəiflik) aşkar etmək üçün nəzarət olunmalıdırlar və şəkərli diabeti olan pasiyentlərdə qlükozanın səviyyəsi mütəmadi olaraq yoxlanılmalıdır.
Bədən çəkisinin artması
Rispoter ilə müalicə zamanı bədən çəkisinin əhəmiyyətli dərəcədə artması müşahidə edilmişdir. Pasiyentlərin bədən çəkisinə nəzarət etmək lazımdır.
Hiperprolaktinemiya
Hiperprolaktinemiya Rispoterin tez tez rastgəlinən əlavə təsiridir.
Prolaktinlə əlaqəli mümkün əlavə təsirləri (məsələn, ginekomastiya, menstrual siklin pozulması, anovulyasiya, fertilliyin pozulması, libidonun azalması, erektil disfunksiya və qalaktoreya) olan pasiyentlərin qan plazmasında prolaktin konsentrasiyasının səviyyəsinin təyin olunması tövsiyə olunur. Toxuma nümunələri araşdırmalarının nəticələrinə əsasən insanın süd vəzilərində şiş hüceyrələrinin artımının prolaktin tərəfindən stimullaşdırıla biləcəyi fikri yaranmışdır. Klinik və epidemioloji araşdırmalar hiperprolaktinemiya ilə antipsixotik preparatların qəbulu arasındakı aydın əlaqəni göstərməsə də, ağırlaşmış xəstəlik tarixi olan pasiyentlərə risperidon təyin edilərkən ehtiyatlı olmaq lazımdır. Rispoter mövcud hiperprolaktinemiyası olan və mümkün prolaktindən asılı şişləri olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir.
QT intervalının uzanması
QT intervalının uzanması çox nadir hallarda müşahidə edilmişdir.
Ürək-damar xəstəlikləri, ailə anamnezində QT intervalının uzanması, bradikardiya, elektrolit balansının pozulması (hipokaliemiya, hipomaqniemiya) olan pasiyentlərə digər antipsixotiklər kimi Rispoter də ehtiyatla təyin olunmalıdır, çünki o aritmogen təsir riskini artıra bilər, o cümlədən QT intervalını uzadan dərmanlarla birlikdə istifadə etdikdə.
Qıcolmalar
Rispoter anamnezində qıcolma tutmaları olan pasiyentlərdə və ya qıcolma tutmalarının həddi azala bilən digər tibbi vəziyyətlərdə ehtiyatla istifadə olunmalıdır.
Priapizm
Risperidonun α-blokator təsiri səbəbindən priapizm baş verə bilər.
Bədən temperaturunun tənzimlənməsi
Antipsixotik preparatlar bədən temperaturunun tənzimləməsini pozmaq kimi arzuolunmaz bir təsirə malikdir.
Rispoter bədənin daxili istiliyinin artmasına səbəb ola biləcək intensiv fiziki yüklənmə, orqanizmin susuzlaşması, yüksək xarici temperatura məruz qalma vəziyyətlərində olan pasiyentlərə və ya antixolinergik aktivliyə malik dərmanların yanaşı istifadəsi zamanı ehtiyatla təyin edilməlidir.
Qusmaəleyhinə effekt
Risperidonla aparılan preklinik araşdırmalarda qusmaəleyhinə effekt müşahidə olunmuşdur. Əgər bu təsir insanlarda baş verərsə, müəyyən dərmanların doza həddinin aşılması smptomlarını və ya bağırsaq keçməməzliyi, Rey sindromu və baş beynin şişi kimi vəziyyətləri gizlədə bilər.
Böyrək və qaraciyər çatışmazlığı
Böyrək çatışmazlığı olan pasiyentlərdə normal böyrək funksiyası olan böyüklərə nisbətən aktiv antipsixotik fraksiyanı xaric etmək qabiliyyəti azalır. Qaraciyər xəstəliyi olan pasiyentlərdə qan plazmasında risperidonun sərbəst fraksiyasının konsentrasiyasının artması müşahidə olunur.
Venoz tromboemboliyası
Antipsixotik preparatların istifadəsi zamanı venoz tromboemboliyası halları müşahidə edilmişdir. Antipsixotik preparatlar qəbul edən pasiyentlərdə çox vaxt qazanılmış VTE risk faktorları olduğu üçün Rispoter ilə müalicədən əvvəl və müalicə zamanı bütün mümkün VTE risk faktorları müəyyən edilməli və profilaktik tədbirlər aparılmalıdır.
İntraoperativ disket iris sindromu
Rispoter də daxil olmaqla, α1a-adrenoblokaedici effektə malik preparatlarla müalicə alan pasiyentlərdə katarakta əməliyyatı zamanı intraoperativ disket iris sindromu (İFİS) müşahidə edilmişdir.
İntraoperativ disket iris sindromu (İFİS) əməliyyat zamanı və əməliyyatdan sonra gözdə fəsadların riskini artıra bilər. Əməliyyatdan əvvəl oftalmoloqa α1a-adrenoblokaedici effektə malik preparatların hazırki dövrdə və ya keçmişdə istifadəsi barədə məlumat verilməlidir. Katarakta əməliyyatından əvvəl α1-adrenoblokaedici effektə malik preparatlarla müalicənin dayandırılmasının potensial faydası müəyyən edilməyib və antipsixotik müalicənin dayandırılması riski dəyərləndirilməlidir.
Uşaqlar
Davranış pozuntusu olan uşaqlara və ya yeniyetmələrə Rispoter təyin etməzdən əvvəl aqressiv davranışın ağrı və ya uyğun olmayan ətraf mühit tələbləri kimi fiziki və sosial səbəbləri tam olaraq qiymətləndirilməlidir. Risperidon təhsil qabiliyyətinə təsir etdiyi üçün uşaqlarda preparatın sedativ effekti diqqətlə izlənilməlidir. Risperidonun qəbul vaxtının dəyişdirilməsi onun uşaqlarda və yeniyetmələrdə diqqətə göstərdiyi sedasyon təsirini yaxşılaşdıra bilər.
Risperidonun istifadəsi bədən çəkisinin və bədən kütləsi indeksinin orta artımı ilə əlaqələndirilmişdir. Müalicəyə başlamazdan əvvəl ilkin çəkinin ölçülməsi və çəkinin müntəzəm monitorinqi tövsiyə olunur. Uzun müddət davam edən genişmiqyaslı tədqiqatlarda boy artımı dəyişiklikləri gözlənilən yaş normaları daxilində olmuşdur. Risperidonla uzunmüddətli müalicənin cinsi yetkinliyə və boy artımına təsiri tam öyrənilməmişdir.
Uzun müddətli hiperprolaktinemiyanın uşaqlarda və yeniyetmələrdə boy artımına və cinsi yetişkənliyə mümkün təsiri ilə bağlı hormonal vəziyyətin, o cümlədən boyun və bədən çəkisinin, cinsi yetişkənliyin, menstrual siklin və prolaktindən asılı digər potensial effektlərin müntəzəm klinik qiymətləndirilməsi aparılmalıdır.
Kiçik bir post-marketinq müşahidə araşdırmasının nəticələri göstərdi ki, 8-16 yaşlarda risperidonun təsirinə məruz qalmış insanlar digər atipik antipsixotik preparatları qəbul edən insanlara nisbətən orta hesabla təxminən 3,0-4,8 sm daha uzun boya malik olmuşlar.
Bu araşdırma risperidonun böyüklərin son yetkin boyuna hər hansı təsirinin olub-olmadığını və ya nəticənin risperidonun sümüyün böyüməsinə birbaşa təsiri, yoxsa əsas xəstəliyin özünün sümüyün böyüməsinə təsiri ilə bağlı olduğunu müəyyən etmək və ya xətti böyümənin artması ilə müşayiət olunan əsas xəstəliyə daha yaxşı nəzarət etmək üçün kifayət deyildir.
Risperidon ilə müalicə zamanı ekstrapiramid simptomlar və digər hərəki pozğunluqlara görə müntəzəm müayinə aparılmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Farmakodinamik qarşılıqlı təsirlər
QT intervalını uzadan preparatlar
Digər antipsixotik preparatlarda olduğu kimi, Rispoteri QT intervalını artıran dərmanlarla, məsələn, Ia sinif aritmiyaəleyhinə preparatlar (xinidin, dizopiramid, prokainamid və s.), III sinif aritmiyaəleyhinə preparatlar (amiodaron, sotalol və s.), trisiklik antidepressantlar (amitriptilin və s.), tetrasiklik antidepressantları (maprotilin və s.), bəzi antihistamin preparatlar, digər antipsixotik vasitələr, bəzi malyariya əleyhinə preparatlar (xinin, mefloxin və s.), elektrolit balansının pozulmasına (hipokaliemiya, hipomaqnezemiya), bradikardiyaya səbəb olan dərmanlar və ya risperidonun qaraciyər metabolizmini inhibə edən preparatlar ilə birlikdə təyin edərkən ehtiyatlı olmaq lazımdır. Bu siyahı tam deyil.
Mərkəzi təsirə malik preparatlar və alkoqol
Rispoter yüksək sedasyon risk səbəbindən digər mərkəzi təsirə malik preparatlarla və vasitələrlə, xüsusən də spirt, opiatlar, antihistaminlər və benzodiazepinlərlə birlikdə ehtiyatla istifadə edilməlidir.
Levodopa və dofamin aqonistləri
Rispoter levodopanın və digər dofamin aqonistlərinin effektivliyini azalda bilər. Əgər bu kombinasiyanın qəbulu zəruridirsə, xüsusilə Parkinson xəstəliyinin terminal mərhələsində, onda hər preparatın ən aşağı effektiv dozası təyin edilməlidir.
Psixostimulyatorlar
Psixostimulyatorlarla (məsələn, metilfenidat) risperidonun birlikdə istifadəsi bir və ya hər iki müalicə üsulunu dəyişdirən zaman ekstrapiramid simptomlarla nəticələnə bilər.
Hipotenziv efffektə malik preparatlar
Postmarketinq dövründə risperidonu antihipertenziv dərmanlarla birlikdə istifadə edərkən, klinik əhəmiyyətli hipotenziya müşahidə edilmişdir.
Paliperidon
Daxilə qəbul edilən Rispoterin paliperidonla eyni vaxtda istifadəsi tövsiyə edilmir, çünki paliperidon risperidonun aktiv metabolitidir və onların kombinasiyası aktiv antipsixotik fraksiyanın additiv təsirlərinə səbəb olur.
Farmakokinetik qarşılıqlı təsirlər
Qida Rispoterin absorbsiyasına təsir göstərmir. Risperidonun metabolizmi əsasən CYP2D6 vasitəsilə və daha az dərəcədə CYP3A4 vasitəsilə baş verir. Həm risperidon, həm də onun aktiv metaboliti 9-hidroksirisperidon P-qlikoproteinin (P-qp) substratlarıdır. CYP2D6 aktivliyini dəyişdirən maddələr və ya CYP3A4 və/və ya P-qp aktivliyini güclü şəkildə inhibə edən və ya induksiya edən maddələr Risperidonun aktiv antipsixotik fraksiyasının farmakokinetikasına təsir göstərə bilərlər.
Güclü CYP2D6 inhibitorları
Rispoterin güclü CYP2D6 inhibitoru ilə birlikdə tətbiqi risperidonun plazma konsentrasiyasını, az dərəcədə isə aktiv antipsixotik fraksiyasını artıra bilər. Güclü CYP2D6 inhibitorunun (məsələn, paroksetin) daha yüksək dozaları risperidonun aktiv antipsixotik fraksiyasının konsentrasiyasını artıra bilər. Digər CYP2D6 inhibitorları (məsələn, xinidin) da risperidonun qan plazmasındakı konsentrasiyasına analoji şəkildə təsir göstərə bilər. Paroksetin, xinidin və ya digər CYP2D6-nın güclü inhibitorları ilə eyni vaxtda istifadə etdikdə (xüsusilə, daha yüksək dozalarda), bu preparatları təyin edən zaman və qəbulunu dayandırdıqda həkim Rispoterin dozasını yenidən nəzərdən keçirməlidir.
CYP3A4 və/və ya P-qlikoproteinin inhibitorları
Rispoterin güclü CYP3A4 və/və ya P-qlikoproteinin inhibitoru ilə birlikdə tətbiqi risperidonun aktiv antipsixotik fraksiyasının plazma konsentrasiyasını əhəmiyyətli dərəcədə artırır. İtrakonazol və ya digər CYP3A4 və/və ya P-qlikoproteinin inhibitoru ilə eyni vaxtda istifadə etdikdə, bu preparatları təyin edən zaman və qəbulunu dayandırdıqda həkim Rispoterin dozasını yenidən nəzərdən keçirməlidir.
CYP3A4 və/və ya P-qlikoprotein induktorları
Rispoterin güclü CYP3A4 və/və ya P- qlikoprotein induktoru ilə birlikdə tətbiqi risperidonun aktiv antipsixotik fraksiyasının plazma konsentrasiyasını azaldır. Karbamazepin və ya digər güclü CYP3A4 və/və ya P- qlikoprotein induktoru ilə eyni vaxtda qəbul etdikdə, bu preparatları təyin edən zaman və qəbulunu dayandırdıqda həkim Rispoterin dozasını yenidən nəzərdən keçirməlidir. CYP3A4 induktorları təsirini zamandan asılı olaraq göstərir və maksimum effekt almaq üçün ən azı 2 həftə vaxt tələb olunur. Əksinə, dayandırdıqda CYP3A4 induksiyasını azaltmaq üçün ən azı 2 həftə vaxt lazım ola bilər.
Proteinlə yüksək dərəcədə birləşən preparatlar
Rispoterin zülallara güclü bağlanan dərmanlarla eyni vaxtda istifadəsi zamanı istənilən dərmanın plazma zülallarından klinik əhəmiyyəti olan dərəcədə sıxışdırıb çıxarılması müşahidə olunmamışdır.
Yanaşı dərmandan istifadə edərkən, müvafiq dərmanın içlik vərəqəsinə istinad edərək onun metabolizm yollarını və dozanın tənzimlənməsinə ehtiyacın olub olmamasını dəqiqləşdirmək lazımdır.
Pediatriyada istifadəsi
Dərmanların qarşılıqlı təsirinə dair araşdırmalar, yalnız böyüklərdə aparılmışdır. Bu tədqiqatlardan alınan nəticələrin uşaqlara aidiyyəti haqqında məlumat yoxdur.
Uşaqlarda və yeniyetmələrdə psixostimulyatorların (məsələn, metilfenidat) Rispoter ilə yanaşı istifadəsi Rispoter preparatının farmakokinetikasını və effektivliyini dəyişməmişdir.
Risperidon ilə qarşılıqlı təsir göstərən və ya qarşılıqlı təsiri olmayan preparatlar aşağıdakılardır:
Digər dərman vasitələrinin risperidonun farmakokinetikasına təsiri
Antibakterial preparatlar
● Eritromisin CYP3A4 və P-qlikoproteinin orta dərəcədə inhibitorudur, risperidonun və risperidonun aktiv antipsixotik fraksiyasının farmakokinetikasını dəyişmir.
● Güclü CYP3A4 və P-qlikoproteinin induktoru olan rifampisin risperidonun aktiv antipsixotik fraksiyasının plazma konsentrasiyasını azaldır.
Antixolinesterazlar
CYP2D6 və CYP3A4-ün hər iki substratı donepezil və qalantamin risperidonun və onun aktiv antipsixotik fraksiyalarının farmakokinetikasına klinik cəhətdən əhəmiyyətli təsir göstərmir.
Antiepileptiklər
● Güclü CYP3A4 və P-qlikoproteinin induktoru olan karbamazepinin risperidonun aktiv antipsixotik fraksiyasının plazma konsentrasiyasını azaltdığı göstərilmişdir. Qaraciyər fermenti olan CYP3A4-ü və P-qlikoproteini induksiya edən fenitoinin və fenobarbitalın istifadəsi zamanı da oxşar təsirlər müşahidə oluna bilər.
● Topiramat risperidonun biomənimsənilməsini orta dərəcədə azaltmışdır, lakin risperidonun aktiv antipsixotik fraksiyasına təsir göstərməmişdir. Bu səbəbdən belə bir qarşılıqlı əlaqənin klinik əhəmiyyəti yoxdur.
Antifunqal preparatlar
● Güclü CYP3A4 və P-qlikoproteinin induktoru olan itrakonazol (200 mq/gün) risperidonla (2-8 mq/gün) birgə tətbiq edildikdə risperidonun aktiv antipsixotik fraksiyasının plazma konsentrasiyasını təxminən 70% artırır.
● Güclü CYP3A4 və P-qlikoproteinin induktoru olan kеtokonazol (200 mq/gün) risperidonun plazma konsentrasiyasını artırır, risperidonun aktiv antipsixotik fraksiyasının plazma konsentrasiyasını isə azaldır.
Antipsixotik preparatlar
● Fenotiazinlər risperidonun plazma konsentrasiyasını artıra bilər, lakin aktiv antipsixotik fraksiyanın konsentrasiyasına təsir göstərmir.
Virusəleyhinə preparatlar
● Proteaza inhibitorları: Heç bir rəsmi araşdırma məlumatları yoxdur, lakin ritonavir güclü CYP3A4 inhibitoru və zəif CYP2D6 inhibitoru olduğu üçün ritonavir və ritonavir vasitəsilə gücləndirilmiş proteaza inhibitorları risperidonun aktiv antipsixotik fraksiyasının plazma konsentrasiyasını artırır.
β-Blokatorlar
● Bəzi β-blokatorlar risperidonun plazma konsentrasiyasını artıra bilər, lakin bu aktiv antipsixotik fraksiyaya aid deyil.
Kalsium kanal blokatorları
CYP3A4 və P-qlikoproteinin orta dərəcədə inhibitoru olan verapamil risperidonun və risperidonun aktiv antipsixotik fraksiyasının plazma konsentrasiyalarını artırır.
Mədə-bağırsaq dərmanları
● H2 reseptorlarının antaqonistləri: CYP2D6 və CYP3A4 zəif inhibitorları olan simetidin və ranitidin risperidonun biomənimsənilməsini risperidonun aktiv antipsixotik fraksiyası ilə müqayisədə yalnız bir qədər artırır.
SSRI və trisiklik antidepresanlar
● Güclü CYP2D6 inhibitoru olan fluoksetin risperidonun plazma konsentrasiyasını, daha az dərəcədə isə risperidonun aktiv antipsixotik fraksiyasının konsentrasiyasını artırır.
● CYP2D6-nın güclü inhibitoru olan paroksetin (gündə 20 mq-a qədər dozada) risperidonun plazma konsentrasiyasını artırır, risperidonun aktiv antipsixotik fraksiyasının konsentrasiyasını isə daha az artır. Lakin paroksetinin daha yüksək dozaları risperidonun aktiv antipsikotik fraksiyasını artıra bilər.
● Trisiklik antidepresanlar risperidonun plazma konsentrasiyasını artıra bilər, lakin risperidonun aktiv antipsixotik fraksiyasına təsir göstərmir. Amitriptilin risperidonun və aktiv antipsixotik fraksiyasının farmakokinetikasına təsir göstərmir.
● CYP2D6-nın zəif inhibitoru olan sertralin və CYP3A4-ün zəif inhibitoru olan fluvoksamin (100 mq/gün dozaya qədər) risperidonun aktiv antipsikotik fraksiyasının konsentrasiyalarını əhəmiyyətli dərəcədə dəyişmir. Lakin gündə 100 mq-dan yüksək dozalarda sertralin və fluvoksamin risperidonun aktiv antipsixotik fraksiyasının plazma konsentrasiyasını artıra bilər.
Risperidonun digər dərman vasitələrinin farmakokinetikasına təsiri
Antiepileptiklər
Risperidonun valproatın və ya topiramatın farmakokinetikasına klinik əhəmiyyətli təsiri yoxdur.
Antipsixotik preparatlar
● Aripiprazol, CYP2D6 və CYP3A4 substratı: Risperidon tabletləri və ya inyeksiyaları aripiprazolun və onun aktiv metaboliti olan dehidroaripiprazolun farmakokinetikasını dəyişmir.
Digitalis qlükozidləri
● Risperidonun diqoksinin farmakokinetikasına klinik əhəmiyyətli təsiri yoxdur.
Litium
● Risperidon litiumun farmakokinetikasına klinik cəhətdən əhəmiyyətli təsir göstərmir.
Risperidonun furosemidlə birlikdə tətbiqi
Xüsusi göstərişlər və ehtiyat tədbirləri bölməsinə baxın.
Kanserogenlik, mutagenlik, fertilliyin pozulması
Fertillik
Dofamin D2 reseptorlarını antaqonistləri olan digər dərmanlarda olduğu kimi, Rispoter də prolaktinin səviyyəsini artırır. Hiperprolaktinemiya hipotalamik GnRH-ni tormozlaya bilər, bu isə hipofiz vəzi tərəfindən qonadotrop hormonların ifrazının azalması ilə nəticələnir. Bu isə, öz növbəsində həm qadın, həm də kişi pasiyentlərdə qonad steroidogenezi pozaraq reproduktiv funksiyanı inhibə edə bilər. Qeyri-klinik araşdırmalarda müvafiq təsirlər müşahidə edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü
Hamilə qadınlarda risperidonun istifadəsi ilə bağlı tam hüquqlu araşdırmalar aparılmamışdır. Heyvanlar üzərində aparılan araşdırmalarda risperidon teratogen təsir göstərməmişdir, lakin digər reproduktiv toksiklik müşahidə edilmişdir. İnsanlar üçün potensial risk məlum deyil.
Hamiləliyin üçüncü trimestrində antipsixotik preparatların (Rispoter daxil) təsirinə məruz qalan yenidoğulmuşlarda doğuşdan sonra şiddətinə və müddətinə görə fərqlənən ekstrapiramid və/və ya kəsilmə simptomları da daxil olmaqla müxtəlif əlavə təsirlər müşahidə oluna bilər. Bunlardan yüksək oyanıqlıq, hipertoniya, hipotenziya, tremor, yuxululuq, respirator disstress və ya həzm pozğunluqları haqqında məlumatlar vardır.
Bu səbəbdən yeni doğulmuş körpələr diqqətlə nəzarət olunmalıdırlar.
Rispoter hamiləlik dövründə istifadə edilməməlidir, təcili zərurət halları istisna olmaqla. Əgər hamiləlik dövründə preparatın qəbulunun dayandırılması zəruridirsə, bunu tədricən etmək lazımdır.
Laktasiya dövrü
Heyvanlar üzərində aparılan araşdırmalar göstərilmişdir ki, risperidon və 9-hidroksi-risperidon ana südünə keçir. Risperidonun və 9-hidroksi-risperidonun az miqdarda insan ana südünə keçdiyi də sübut edilmişdir. Ana südü ilə qidalanan uşaqlarda əlavə təsirlər haqqında məlumat yoxdur.
Beləlilə, Rispoter qəbulu zamanı ana südü ilə qidalanma haqqında qərar verərkən dərmanın faydasının uşaq üçün mümkün risklərdən üstün olması nəzərə alınmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Rispoter oral məhlulu nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə az və ya orta dərəcədə təsir göstərə bilər. Dərmana qarşı fərdi həssaslıq aydınlaşana qədər pasiyentlərə avtomobili idarə etməkdən və xüsusi diqqət tələb edən mexanizmlərlə işləməkdən çəkinmək tövsiyə edilməlidir.
İstifadə qaydası və dozası
Şizofreniya
Böyüklərə
Rispoter gündə bir dəfə və ya iki dəfə təyin edilməlidir.
Rispoterin başlanğıc dozası 2 mq/gün olmalıdır. Doza ikinci gündən 4 mq-a qədər artırıla bilər. Sonradan doza dəyişməz olaraq saxlanıla bilər və ya lazım gələrsə, fərdiləşdirilir. Əksər pasiyentlər gündəlik 4-6 mq dozalardan faydalanacaqlar. Bəzi pasiyentlərə isə daha yavaş titrləmə mərhələsi və daha aşağı başlanğıc və saxlayıcı dozalar münasib ola bilər.
Gündə 10 mq-dan yuxarı olan dozaların aşağı dozalardan üstün olduğu göstərilməmişdir və bu yüksək dozalar ekstrapiramid simptomların tezliyinin artmasına səbəb ola bilər. Gündə 16 mq-dan yüksək dozaların təhlükəsizliyi qiymətləndirilməmişdir və bu səbəbdən də tövsiyə edilmir.
Yaşlılarda
Başlangıqc doza olaraq gündə 2 dəfə 0,5 mq tövsiyə olunur. Dozanı fərdi olaraq gündə 1-2 mq-a qədər artırmaq olar.
Uşaqlara
Effektivlik məlumatlarının olmaması səbəbindən şizofreniya xəstəliyi olan 18 yaşa qədər uşaqlarda risperidonun istifadəsi tövsiyə edilmir.
Bipolyar pozğunluqla əlaqəli manik epizodlar
Böyüklərə
Dərmanın tövsiyə olunan başlanğıc dozası gündə 1 dəfə 2 mq təşkil edir. Lazım gələrsə, bu doza ən azı 24 saat sonra gündə 1 mq artırıla bilər.
Əksər paiyentlər üçün optimal gündəlik doza 1-6 mq təşkil edir. Manik epizodları olan pasiyentlərdə gündə 6 mq-dan yuxarı dozaların istifadəsi öyrənilməmişdir.
Hər hansı digər simptomatik müalicədə olduğu kimi, Rispoter ilə müalicənin davam etdirilməsinin məqsədəuyğunluğu mütəmadi olaraq qiymətləndirilməli və təsdiqlənməlidir.
Yaşlılarda
Başlanğıc doza olaraq gündə 2 dəfə 0,5 mq tövsiyə olunur. Dozanı fərdi olaraq gündə 1-2 mq-a qədər artırmaq olar. Yaşlı pasiyentlərdə dərmanın istifadəsi ilə bağlı klinik təcrübə məhdud olduğu üçün ehtiyatlı olmaq lazımdır.
Uşaqlarda
Bipolyar maniyası olan 18 yaşdan kiçik uşaqlarda effektivlik məlumatlarının olmaması səbəbindən Risperidonun istifadəsi tövsiyə edilmir.
Orta və ağır Alsheymer demensiyası olan pasiyentlərdə davamlı aqressiya
Dərmanın tövsiyə olunan başlanğıc dozası gündə 2 dəfə 0,25 mq təşkil edir. Lazım olduqda, fərdi olaraq dərmanı günaşırı, gündə 2 dəfə olmaqla 0,25 mq dozada qəbul etmək olar. Əksər pasiyentlər üçün optimal doza gündə iki dəfə olmaqla 0,5 mq təşkil edir. Lakin bəzi pasiyentlər gündə 2 dəfə olmaqla 1 mq dozadan faydalana bilər.
Davamlı aqressiyası olan Alsheymer demensiyalı pasiyentlərdə Rispoter 6 həftədən çox istifadə edilməməlidir. Müalicə zamanı pasiyentlərin vəziyyəti, həmçinin terapiyanın davam etdirilməsi zərurəti tez tez və mütəmadi olaraq qiymətləndirilməlidir.
Davranış pozuntusu
5 yaşdan 18 yaşa qədər uşaqlar və yeniyetmələr
Çəkisi 50 kq və ya daha çox olan pasiyentlər üçün preparatın tövsiyə olunan başlanğıc dozası gündə bir dəfə 0,5 mq təşkil edir. Ehtiyac olarsa, bu doza günaşırı olaraq 0,5 mq/gün artırıla bilər. Əksər pasiyentlər üçün optimal doza gündə 1 mq-dır. Lakin bəzi pasiyentlər üçün 0,5 mq/gün doza tövsiyə edilir, bəzi pasiyentlərdə isə dozanın gündə 1,5 mq-a qədər artırılması tələb olunur.
Çəkisi 50 kq-dan az olan pasiyentlər üçün preparatın tövsiyə olunan başlanğıc dozası gündə bir dəfə 0,25 mq təşkil edir. Ehtiyac olarsa, bu doza günaşırı olaraq 0,25 mq/gün artırıla bilər. Əksər pasiyentlər üçün optimal doza gündə 0,5 mq-dır. Lakin bəzi pasiyentlər üçün 0,25 mq/gün doza tövsiyə edilir, bəzi pasiyentlərdə isə dozanın gündə 0,75 mq-a qədər artırılması tələb olunur.
Hər hansı digər simptomatik müalicədə olduğu kimi, Rispoter ilə müalicənin davam etdirilməsinin məqsədəuyğunluğu mütəmadi olaraq qiymətləndirilməli və təsdiqlənməlidir.
5 yaşdan kiçik uşaqlarda bu pozğunluğa aid məlumatların olmaması səbəbindən Rispoterin 5 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə edilmir.
Böyrək və qaraciyər çatışmazlığı
Böyrək çatışmazlığı olan pasiyentlərdə aktiv antipsixotik fraksiyanı xaric etmək qabiliyyəti normal böyrək funksiyası olan pasiyentlərlə müqayisədə daha azdır. Qaraciyər xəstəlikləri olan pasiyentlərdə qan plazmasında risperidonun sərbəst fraksiyasının konsentrasiyasının artması müşahidə olunur. Böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə preparatın başlanğıc və saxlayıcı dozaları göstərişlərə uyğun olaraq 2 dəfə azaldılmalı, dozanın artırılması daha yavaş olmalıdır. Rispoter bu qrup pasiyentlərə ehtiyatla təyin olunmalıdır.
İstifadə qaydası
Daxilə qəbul edilir. Qida qəbulu Rispoterin absorbsiyasına təsir göstərmir.
Preparatın qəbulu tədricən dayandırılmalıdır. Ürəkbulanma, qusma, tərləmə və yuxusuzluq da daxil olmaqla kəskin "kəsilmə" simptomları yüksək dozada antipsixotik preparatlarin qəbulunun kəskin dayandırılmasından sonra çox nadir hallarda müşahidə olunur. Həmçinin, psixotik simptomların təkrarlanması və qeyri iradi hərəkət pozğunluqlarınin (məsələn, akatiziya, distoniya və diskineziya) əmələ gəlməsi müşahidə oluna bilər.
Digər antipsikotik preparatlardan keçid
Rispoter ilə müalicənin başlanğıcında, əgər kliniki cəhətdən əsaslandırılarsa, əvvəlki müalicənin tədricən dayandırılması tövsiyə olunur. Əgər pasiyentlər antipsixotik dərmanların depo formaları ilə müalicədən keçirilərsə, onda növbəti planlaşdırılmış inyeksiya əvəzinə Rispoter ilə müalicəyə başlamaq tövsiyə olunur. Cari parkinsonizməleyhinə müalicənin davam etdirilməsi ehtiyacı vaxtaşırı qiymətləndirilməlidir.
Əlavə təsirləri
Ən çox müşahidə edilən əlavə təsirlər (insident ≥ 10%) bunlardır: parkinsonizm, baş ağrısı və yuxusuzluq.
Dozadan asılı olan əlavə təsirlərə parkinsonizm və akatiziya aiddir.
Əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı kimidir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 - <1/10), az-az (≥1/1,000 - <1/100), nadir (≥1/10,000 - <1/1,000), çox nadir (<1/10,000), tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil).
Hər bir tezlik qrupunda əlavə təsirlər əhəmiyyətinə görə azalma sırası ilə təqdim olunur.
Sistem |
Preparatın əlavə təsirləri |
||||
Tezliyi |
|||||
|
Çox tez-tez |
Tez-tez |
Az-az |
Nadir |
Çox nadir |
İnfeksiyalar və |
|
Pnevmoniya, qrip, bronxit, yuxarı tənəffüs yollarının infeksiyaları, sidikçıxarıcı yolların infeksiyaları, sinusit, qulaq infeksiyaları |
Tənəffüs yollarının yoluxucu xəstəlikləri, sistit, göz infeksiyaları, tonsillit, onikomikoz, sellülit, lokallaşmış infeksiyalar, virus infeksiyaları, akrodermatit |
İnfeksiya |
|
Qan və limfatik sistemə |
|
|
Neytropeniya, ağ qan hüceyrələrinin sayının azalması, aqranulositoz |
Aqranulositozᶜ |
|
İmmun sistemə |
|
|
Yüksək həssaslıq |
Anafilaktik |
|
Endokrin sistemə |
|
Hiperprolaktinemiyaᵃ |
|
Antidiuretik hormon sekresiyasının pozulması |
|
Metabolizmə |
|
Çəkinin artması, |
Şəkərli diabet ᵇ, hiperqlikemiya, polidipsiya, çəkinin azalması, anoreksiya, hiperxolesterinemiya |
Su intoksikasiyasıᶜ, hipoqlikemiya, |
Diabetik |
Psixi pozğunluqlar |
Yuxusuzluqᵈ |
Yuxu pozğunluğu, |
Huşun ala-qaranlıq olması, maniyalar, libidonun azalması, halsızlıq, əsəbilik, gecə kabusu |
Katatoniya, anorqasmiya, somnambulizm |
|
Sinir sisteminə |
Sedasiya/ |
Akatiziyaᵈ, distoniyaᵈ, |
Gecikmiş diskineziya, serebral işemiya, qıcıqlandırıcılara qarşı cavab reaksiyasının olmaması, huşun itməsi, şüurun pozulması, qıcolmaᵈ, bayılma, psixomotor hiperaktivlik, tarazlığın pozulması, koordinasiyanın pozulması, postural başgicəllənmə, diqqət pozğunluğu, dizartriya, |
Bədxassəli neyroleptik sindrom, serebrovaskulyar |
|
Gözdə olan |
|
Bulanıq görmə, konyunktivit |
Fotofobiya, gözlərin quruması, göz yaşının sürətli axması, gözün qızarması |
Qlaukoma, göz almalarının qeyri-iradi fırlanması, göz süzdürmə, göz qapağı kənarı qabıq qoyma, əməliyyatdaxili floppi iris sindromuᶜ |
|
Qulaqda və labirintdə olan pozğunluqlar |
|
|
Vertiqo, qulaq ağrısı, qulaqlarda küy |
|
|
Kardial pozğunluqlar |
|
Taxikardiya |
Atrial fibrilyasiya, atrioventrikulyar blokada, ürəyin keçiriciliyinin pozulması, elektrokardioqrammada QT intervalın uzanması, bradikardiya, anormal EKQ, ürək döyüntüsü |
Sinus aritmiyası |
|
Damar pozğunluqları |
|
Hipertenziya |
Hipotenziya, ortostatik hipotenziya, istilik |
Ağciyər emboliyası, venaların |
|
Respirator, torakal |
|
Təngnəfəslik, qırtlaq və udlaq nahiyəsində ağrı, öskürək, burun qanaxması, burnun tutulması |
Aspirasyon pnevmoniya, ağciyərlərdə durğunluq, tənəffüs yollarının obstruksiyası, yaş xırıltı, fitverici tənəffüs, tənəffüs çatışmazlığı |
Yuxu apnoe sindromu, hiperventilyasiya |
|
Mədə-bağırsaq sisteminə |
|
Qarın nahiyəsində ağrı, diskomfort, qusma, ürəkbulanma, qəbizlik, ishal, dispepsiya, ağızda quruluq, diş ağrısı |
Nəcisi saxlaya bilməmək, fekaloma, qastroenterit, disfagiya, meteorizm |
Pankreatit, bağırsağın obstruksiyası, dilin şişməsi, xeylit |
İleus |
Dəriyə və dərialtı toxumaya |
|
Səpgi, eritema |
Övrə, qaşınma, alopesiya, hiperkeratoz, ekzema, dərinin quruması, dəri rənginin dəyişməsi, |
Dərman səpgisi, kəpək |
Angionevrotik ödem |
Əzələ-skelet sisteminə və birləşdirici toxumaya |
|
Əzələ spazmları, sümük-əzələ ağrıları, bel ağrısı, artralgiya |
Qanda kreatinin fosfokinazanın artması, duruş pozğunluğu, oynaqlarda hərəkətin məhdudlaşması, oynaqlarda şişkinlik, əzələ zəifliyi, boyunda ağrılar |
Rabdomioliz |
|
Böyrəklərə və sidik çıxarıcı yollara |
|
Enurez |
Pollakiuriya, sidik ifrazının ləngiməsi, dizuriya |
|
|
Hamiləlik, doğuşdan sonrakı və neonatal dövrlər |
|
|
|
Yenidoğulmuşlarda kəsilmə sindromuᶜ |
|
Reproduktiv sistemə və süd vəzilərinə |
|
|
Erektil disfunksiya, eakulyasiyanın pozulması, amenoreya, |
Priapizmᶜ, menstruasiyanın |
|
Ümumi |
|
Ödemᵈ, qızdırma, |
Üzün şişməsi, üşütmə, bədən temperaturunun |
Hipotermiya, bədən temperaturunun azalması, ətrafların soyuması, kəsilmə sindromu, sıxılma |
|
Hepatobiliyar |
|
|
Transaminaza, qamma- glutamiltransferaza və qaraciyər fermentlərinin |
Sarılıq |
|
Yara, zəhərlənmə |
|
Yıxılmaq |
Prosedur ağrıları |
|
|
ᵃ Hiperprolaktinemiya bəzi hallarda ginekomastiya, menstrual siklin pozulması, amenoreya, anovulyasiya, qalaktoreya, fertilliyin pozulması, libidonun azalması, erektil disfunksiyaya səbəb ola bilər.
ᵇ Plasebo-nəzarət olunan araşdırmalarda risperidonla müalicə olunan pasiyentlərin 0,18%-də, plasebo qrupunda olan pasiyentlərin isə 0,11%-də şəkərli diabet qeydə alınmışdır. Bütün klinik araşdırmalarda risperidonla müalicə olunan bütün pasiyentlərdə ümumi insidentin rastgəlmə tezliyi 0,43% təşkil etmişdir.
ᶜ Rispoter ilə aparılan klinik tədqiqatlarda müşahidə olunmamışdır, lakin risperidon ilə post-marketinq dövründə müşahidə olunur.
ᵈ Ekstrapiramid pozğunluq baş verə bilər: parkinsonizm (tüpürcək hipersekresiyası, dayaq-hərəkət sərtliyi, parkinsonizm, ağız suyunun axması, dişləri qıcıma, bradikineziya, hipokineziya, üzün maskalanması, əzələ sərtliyi, akineziya, boynun rigidliyi, əzələ rigidliyi, parkinson yerişi və qlabelyar refleksin pozğunluğu, sakitlik tremoru), akatiziya (akatiziya, narahatlıq, hiperkineziya və narahat ayaq sindromu), tremor, diskineziya (diskineziya, əzələ dartılmaları, xoreoatetoz, atetoz və miokloniya). Distoniya (distoniya, hipertoniya, boyun əyriliyi, əzələnin qeyri-iradi yığılması, əzələ kontrakturaları, blefarospazm, dilin iflici, üz spazmı, larinqospazm, miotoniya, opisthotonus, orofaringeal spazm, plevrotonus, dilin spazmı və trizm). Qeyd etmək lazımdır ki, bu ekstrapiramid mənşəyi olmayan daha geniş simptomları əhatə edir. Yuxusuzluğa ilkin yuxusuzluq və ara yuxusuzluq daxildir. Qıcolmalara böyük qıcolma tutmaları aiddir. Menstrual siklin pozulmasına aybaşı nizamsızlığı, oliqomenoreya daxildir. Ödemə generalizəolunmuş ödem, periferik ödem aiddir.
Paliperidon preparatlarının tətbiqi zamanı qeyd olunan əlavə təsirlər
Paliperidon risperidonun aktiv metaboliti olduğu üçün bu preparatların əlavə təsirləri uyğundur (həm oral, həm də injeksiya formaları daxil olmaqla).
Paliperidon preparatlarının istifadəsi zamanı yuxarıda qeyd olunan əlavə təsirlərlə yanaşı aşağıdakı əlavə təsirlər də müşahidə olunur. Bu reaksiyalar Rispoterin tətbiqi zamanı da baş verə bilər.
Kardial pozğunluqlar
Postural ortostatik taxikardiya sindromu.
Sinif effektləri
Digər antipsixotik preparatlarda olduğu kimi, risperidonun istifadəsindən sonra çox nadir hallarda QT intervalının uzadılması hallarının olduğu bildirilmişdir. QT intervalını uzadan antipsixotik preparatların istifadəsi zamanı ürək-damar sistemi tərəfindən müşahidə edilən digər əlavə təsirlər aşağıdakılardır: ventrikulyar aritmiya, mədəciklərin fibrilyasiyası, mədəcik taxikardiyası, qəfil ölüm, ürəyin dayanması və iki istiqamətli mədəcik taxikardiyası.
Venoz tromboemboliya
Antipsixotik preparatların istifadəsi zamanı venoz tromboemboliya, o cümlədən ağciyər emboliyası və dərin venaların trombozu müşahidə edilmişdir (tezliyi məlum deyil).
Bədən çəkisinin artması
Şizofreniyalı pasiyentlər üzərində aparlan plasebo ilə idarə olunan araşdırmalarda, Rispoter qəbul edən pasiyentlərin 18%-də və plasebo qəbul edən pasiyentlərin 9%-də 6-8 həftədən sonra bədən çəkisinin ən azı 7% artması müşahidə edilmişdir.
Manik epizodları olan pasiyentlər üzərində aparılan plasebo-nəzarət klinik sınaqlarında, 3 həftə davam edən müalicədən sonra bədən çəkisi artımının 7% və daha çox olması Rispoter qrupunda 2,5% və plasebo qrupunda 2,4%, aktiv nəzarət qrupunda isə bir qədər yüksək, yəni 3,5% təşkil etmişdir. Uzun müddətli klinik araşdırmalarda davranış pozğunluğu olan uşaqlarda 12 aylıq müalicədən sonra bədən çəkisi orta hesabla 7,3 kq artmışdır. Normal inkişafda olan 5-12 yaşlı uşaqlarda bədən çəkisinin gözlənilən artımı ildə 3-5 kq təşkil edir. 12-16 yaşdan etibarən bədən çəkisi artımı qızlar üçün ildə 3-5 kq, oğlanlar üçün isə ildə təxminən 5 kq olmalıdır.
Xüsusi pasiyent qrupları haqqında əlavə məlumat
Böyüklərə nisbətən demensiyası olan yaşlı pasiyentlər və uşaqlar arasında tez-tez müşahidə olunan əlavə təsirlər aşağıda təsvir edilmişdir.
Demensiyalı yaşlı pasiyentlər
Klinik araşdırmalarda keçici işemik hücum və insult halları demensiyalı yaşlı pasiyentlərdə müvafiq olaraq 1,4% və 1,5% tezliyi ilə müşahidə edilmişdir. Həmçinin, demansiyalı yaşlı pasiyentlərdə ≥ 5% tezliyi ilə (digər pasiyent qruplarına nisbətən ən azı 2 dəfə artıq) sidikçıxarıcı yolların infeksiyaları, periferik ödem, letargiya vəziyyəti və öskürək kimi əlavə təsirlər müşahidə olunmuşdur.
Uşaqlar
Klinik araşdırmalarda uşaqlar arasında (5-17 yaşlar) ≥ 5% tezliyi ilə (digər pasiyent qruplarına nisbətən ən azı 2 dəfə artıq) aşağıdakı əlavə təsirlər qeydə alınmışdır: Yuxululuq/sedasiya, yorğunluq, baş ağrısı, iştahanın artması, qusma, yuxarı tənəffüs yollarının infeksiyaları, burun tutulması, qarın ağrısı, başgicəllənmə, öskürək, qızdırma, tremor, ishal və enurez. Risperidonun uzunmüddətli qəbulunun cinsi yetişkənliyə və boy artımına təsiri haqqında kifayət qədər klinik araşdırma yoxdur.
Şübhəli əlavə təsirlər haqqında məlumatın verilməsi
Dərman vasitəsinin təyinatına icazə aldıqdan sonra şübhəli əlavə təsirlər haqqında məlumat vermək vacibdir. Bu, dərman vasitəsinin fayda/risk nisbətinin davamlı monitorinqinə imkan verir. Siz milli hesabat sistemi vasitəsilə əlavə təsirlər barədə məlumat verə bilərsiniz.
Doza həddinin aşılması
Simptomları
Doza həddinin aşılması zamanı müşahidə olunan simptomlar risperidonun artıq məlum olan farmakoloji təsirlərinin gücləndirilmiş formasıdır: yuxululuq, sedasiya, taxikardiya, arterial hipotenziya, ekstrapiramid simptomlar. Doza həddinin aşılması zamanı QT intervalının uzanması və qıcolma halları müşahidə olunmuşdur. Paroksetin və Risperidonun yüksək dozalarının eyni vaxtda istifadəsi zamanı iki istiqamətli mədəcik taxikardiyası baş vermişdir.
Kəskin doza həddinin aşılması vəziyyətində bir neçə dərmanın qəbulu zamanı artıq dozanın yaranma ehtimalı nəzərdən keçirilməlidir.
Müalicəsi
Adekvat oksigen tədarükünü və ventilyasiyasını təmin etmək üçün tənəffüs yollarının sərbəst keçiriciliyi əldə edilməli və saxlanılmalıdır.Mədə yuyulmalı (intubasiyadan sonra, xəstə huşsuz olarsa) və preparat bir saatdan çox olmayan müddərdə qəbul edildiyi təqdirdə sidikqovucu ilə birlikdə aktivləşdirilmiş kömür qəbul ediməlidir. Mümkün aritmiyaları aşkar etmək üçün dərhal EKQ monitorinqinə başlamaq lazımdır.
Xüsusi antidotu yoxdur, müvafiq simptomatik terapiya aparılmalıdır. Arterial hipotenziya və damar kollapsı venadaxili maye infuziyaları və/və ya simpatomimetik preparatlar vasitəsilə aradan qaldırılmalıdır. Şiddətli ekstrapiramid simptomların inkişafı zamanı antixolinergik preparatlar təyin edilməlidir. Daimi tibbi nəzarət və monitorinq intoksikasiya əlamətləri yox olana qədər davam etdirilməlidir.
Buraxılış forması
100 ml məhlul uşaqlardan qorumaq üçün plastik (polipropilen) qapağı olan kəhraba rəngli şüşə flakonda, dozalayıcı pipetlə və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 100 ml flakon ilə təqdim edilən pipet vasitəsilə minimum həcmi 0,5 ml və maksimum həcmi 4 ml olan milliqram və millilitr ilə ölçü aparmaq mümkündür. Pipetin üzərində 0,5 ml-dən (0,5 mq oral məhlula uyğundur) 4 ml-dək (4 mq oral məhlula uyğundur) ölçülər artan sıra ilə qeyd olunmuşdur.
Saxlanma şəraiti
25°C-ə qədər temperaturda saxlamaq lazımdır. Soyuducuda saxlamaq və ya dondurmaq olmaz.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
HELP S.A.
Pedini Ioanninon, GR 455 00 Ioannina, Yunanıstan
Metamorfosi, Attiki, Yunanıstan.
Qeydiyyat vəsiqəsinin sahibi
HELP S.A.
10 Valaoritou str., GR 144 52 Metamorfosi, Attiki, Yunanıstan.
Tel.: +30 210 281 5353.
Eksklüziv distribyutor
Perrery Farmaceutici S.r.l.
Corso San Lorenzo 1,
37026 Pescantina, Verona, Italy.