
REULAC
REULAC DƏRMAN VASİTƏSİ DEYİLDİR! (istehlakçılar üçün məlumat)
Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat vərəqi
Tərkibi
1 damcıda vardır
Təsiredici maddə: Canlı Lactobacillus reuteri bakteriyaları (Lactobacillus reuteri SGL 01) - 1 x 108
Köməkçi maddələr: günəbaxan yağı (sunflower seed oil), orta zəncirli yağ turşuları (medium chain fatty acids), silikon dioksid (silicon dioxide).
İstifadə sahəsi və əsas göstərişlər:
Bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ.
Əks-göstərişlər:
Məhsulun hər hansı komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydaları və doza:
• 4-14 yaş arası uşaqlar: 1 damcı gündə 1 dəfə.
• 14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1-4 damcı gündə 1 dəfə.
İstifadədən əvvəl flakonu çalxalayın. Damcı təmiz şəkildə qəbul edilə bilər və ya su, sərin içkilərlə, südlə qarışıdırıla bilər. Qəbul etməzdən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun. Hər hansı bir sualınız yaranarsa, həkimə müraciət edin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Buraxılış forması: Daxilə qəbul üçün məhlul-damcı.
Bioloji fəallığa malik qida əlavəsidir, dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Tövsiyə edilən günlük dozanı keçməyin. BFMQƏ normal qidalanmanı əvəz etmir.
Qablaşdırma forması: 10 ml-lik şüşə flakonda, karton qutuda qablaşmada.
Saxlanılma şəraiti: 25 °C-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti: 24 ay. Yararlılıq müddəti başa çatandan sonra istifadə etmək olmaz.
Seriya nömrəsi: 23505-01
İstehsal tarixi: 02/24
Son istifadə tarixi: 02/26
İstehsalçı: PNK Farmaceutici S.p.a.,
Ünvanı: Via Tevere,16, 64020 Castelnuovo Vomano (TE), İtaliya.
Satış hüququnun sahibi: Perrery Farmaceutici S.r.l., Corso San Lorenzo 1, 37026 Pescantına (VR), İtaliya.
Eksklüziv distribütor: EL Company LTD, K. Kazımzadə küç. 802/7 AZ 1001 Bakı, Azərbaycan.