
CITICOL
SİTİKOL əzələdaxili və ya venadaxili istifadə üçün inyeksiya üçün məhlul
CITICOL
Beynəlxalq patentləşdirilməmiş adı: CITICOLINE
Tərkibi
Təsiredici maddə: 4 ml məhlulun tərkibində (1 ampulda) 1048 mq sitikolinin natrium duzu (1000 mq
sitikolinə ekvivalent) vardır.
Köməkçi maddələr: inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz mayedir.
Farmakoterapevtik qrupu
Digər psixostimulyatorlar və nootrop preparatlar.
ATC kodu:N06BX06.
Farmakoloji xüsusuiyyətləri
Farmakodinamikası
Neyron metabolizmini aktivləşdirir
Sitikolin neyron membranının struktur komponenti olan fosfolipidlərin biosintezini stimulə edir, bu da ion mübadiləsi nasosu və modulyasiyası, sinir impulslarının örtülməsi üçün zəruri olan reseptorların funksiyalarını yaxşılaşdırır. Sitikolin neyron membranına stabiləşdirici təsir göstərərək, beyin ödemi simptomlarını aradan qaldırır. Klinik tədqiqatlar göstərir ki, sitikolin beyin qan dövranının pozulması və kəllə-beyin travmaları nəticəsində yaranan serebral disfunksiyanın gedişini yaxşılaşdırır. Sitikolin həmçinin amneziya əlamətlərini azaldır, yuxarıda göstərilən patologiyalarla əlaqədar koqnitiv, hissi və hərəki pozulmaları aradan qaldırır.
Farmakokinetikası
Sitikolin toxumalarda, xüsusilə, baş beyində yüksək biomənimsənilməsi ilə xarakterizə olunur. Eksperimental tədqiqatlar göstərdi ki, sitikolinin absorbsiyası baş beyin travması olan hallarda daha yüksəkdir.
İstifadəsinə göstərişlər
Beyin qan dövranının pozulmasının kəskin və yarımkəskin fazaları, kəllə-beyin travmaları və onların fəsadları, müxtəlif mənşəli koqnitiv pozulmalar.
Əks göstərişlər
Sitikolinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq, parasimpatik sinir sisteminin hipertonusu. Vaqotoniya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
SİTİKOL müxtəlif patoloji vəziyyətlər üçün göstərilə bilən bütün müalicəvi tədbirləri əvəz etmir, lakin onları dəstəkləyir və birləşdirir.
Venadaxilinə çox yavaş sürətlə yeridilməlidir. Şiddətli beyin ödemi olduqda, SİTİKOL-la eyni vaxtda beyindaxili təzyiqi azaldan dərmanlar (məsələn, mannitol və kortikosteroidlər) da təyin edilməlidir. Kəllədaxili qansızma olduqda, SİTİKOL-un yüksək dozaları (yəni, birdəfəlik doza 500 mq-dan yuxarı) təyin olunmamalıdır, çünki beyində qan axını artıra bilər.
Məhsulu uşaqların əli çatmayan yerdə saxlayın.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Tənəffüsə, nəbzə və qan təzyiqinə təsir göstərmədiyi üçün SİTİKOL-u uzunmüddətli və davamlı istifadə etmək mümkündür.
SİTİKOL antihemorragik vasitələrlə, kəllədaxili təzyiqi azaldan maddələrlə və infuziya üçün mayelərlə eyni vaxtda istifadə edilə bilər.
Sitikolin L-dopanın təsirini gücləndirir. Parkinson xəstəliyinin müalicəsi zamanı L-dopanın adi dozası ilə yanaşı gündə 500-1000 mq SİTİKOL təyinatı parkinsonizm xəstəliyinin simptomlarına qənaətbəxş nəzarət əldə etməyə imkan verir: bəzən L-dopanın dozasını əhəmiyyətli dərəcədə azaltmaqla belə həmin nəticələrə nail olmaq mümkündür.
SİTİKOL tərkibində meklofenoksat olan preparatlarla birgə təyin edilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Heyvanlar üzərində aparılan tədqiqatlarda sitikolinin teratogen təsiri aşkar olunmayıb. Lakin hamilə qadınlarda istifadəsinə aid məlumat olmadığından, preparatın hamiləlik dövründə təyin edilməsi məsləhət görülmür. Lakin, anaya göstərilən fayda dölə ehtimal olunan riskdən üstün olan hallar istisna təşkil edir. Laktasiya dövründə müalicə zamanı südvermə dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
SİTİKOL qəbulu dövründə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə zamanı ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
SİTİKOL əzələdaxili, venadaxili şırnaqla ləng (3-5 dəq.) və ya damcı üsulu ilə (dəqiqədə 40-60 damcı) yeridilir.
1 ampuldan (1000 mq) gündə 1 dəfə təyin olunur. Gündəlik doza xəstəliyin klinik elementlərindən asılı olaraq 500-2000 mq olaraq dəyişir.
Şüurun bərpası gecikdikdə, bu bərpanı asanlaşdırmaq üçün ilkin mərhələdən başlayaraq SİTİKOL-un davamlı təyinatı tövsiyə olunur.
Tənəffüsə, nəbzə və qan təzyiqinə təsir göstərmədiyi üçün SİTİKOL-u uzunmüddətli və davamlı istifadə etmək mümkündür.
SİTİKOL antihemorragik vasitələrlə, kəllədaxili təzyiqi azaldan maddələrlə və infuziya üçün mayelərlə eyni vaxtda istifadə edilə bilər.
Parkinson xəstəliyi və parkinson sindromları olduğu zaman SİTİKOL 500-1000 mq/gün dozada əzələdaxili, venadaxili şırnaqla ləng və ya damcı üsulu ilə yeridilir.
SİTİKOL bütün venadaxili izotonik məhlullarla uyuşur və hətta qlükozanın hipertonik məhlulunda həll oluna bilər.
18 yaşın altındakı uşaqlarda dərman vasitəsinin təhlükəsizliyi təsdiq olunmamışdır.
Əlavə təsirləri
Əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı kimi müəyyən edilmişdir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 - <1/10), bəzən (≥1/1,000 - <1/100), nadir (≥1/10,000 - <1/1,000), çox nadir (<1/10,000), tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil).
Nadir hallarda (≥1/10,000 - <1/1,000) parasimpatik sinir sisteminə stimuləedici təsir və qısamüddətli hipotenziv effekt müşahidə oluna bilər. Anafilaktik şok, yuxusuzluq, başgicəllənmə, hallüsinasiya, baş ağrısı, arterial hipertenziya, qızdırma, respirator, torakal, mediastenal pozuntular, dispnoe, mədə-bağırsaq xəstəlikləri, ürəkbulanma, iştahsızlıq, qarın ağrısı, qaşınma, bəzən ishal, qızartı, səpgi, titrətmə, övrə, ödem.
Doza həddinin aşılması
Preparatın az toksikliyi sayəsində hətta doza təsadüfi olaraq əhəmiyyətli dərəcədə artıq olduqda, intoksikasiya istisna olunur.
Buraxılış forması
4 ml inyeksiya üçün məhlul, ampulda. 5 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-ə qədər temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Laboratorio Farmaceutico CT S.r.l.
Via D. Alighieri, 71 – Sanremo (Imperia), İtaliya.
Qeydiyyat vəsiqəsinin sahibi
LANOVA FARMACEUTICI SRL.
Via Conca D'Oro, 212 - 00141 Roma, İtaliya.
Eksklüziv distribyutor
EL Kompaniya MMC.