UROLESAN® oral damcı

UROLESAN® oral damcı

UROLESAN® oral damcı
UROLESAN ®

Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 67,6 mq ağ şam ağacının yağı (oleum Abies),
16,9 mq istiot nanəsinin yağı (oleum Menthae piperitae), 194,35 mq
yabanı yerkökü meyvələrinin duru ekstraktı (1:1) (extractum fructum
Dauci sativi fluidum), 278,8 mq mayaotu qozalarının duru ekstraktı (1:1)
(extractum fructum Strobili lupuli fluidum), 192,95 mq qaraqınıq otunun
duru ekstraktı (1:1) (extractum herbae Origani fluidum) vardır.
Köməkçi maddələr: dinatrium edetat, gənəgərçək yağı.

Təsviri
Yaşılımtıl-qəhvəyi rəngdən qəhvəyi rəngə qədər, xarakterik nanə qoxulu mayedir.

Farmakoterapevtik qrupu
Urologiyada istifadə edilən vasitə.
ATC kodu: G04BX.

Farmakoloji xüsusiyyətləri
Bitki mənşəli kombinəolunmuş preparatdır. Urolesan® preparatının tərkib hissələri sidikçıxarıcı yollarda və böyrəklərdə iltihabı azaldır, böyrəklərin və qaraciyərin güclü qan təchizatını təmin edir, diuretik, antibakterial, ödqovucu təsir göstərir, sidikdə müdafiəedici kolloid əmələ gətirir və yuxarı sidikçıxarıcı yolların və öd kisəsinin saya əzələlərinin tonusunu normallaşdırır. Urolesan® sidik cövhərinin və xloridlərin ifrazını artırır, sidik kisəsindən və böyrəklərdən kiçik konkrementlərin və qumun xaric olmasına səbəb olur.

İstifadəsinə göstərişlər
Sidikçıxarıcı yolların və böyrəklərin kəskin və xroniki infeksiyaları (sistitlər və pielonefritlər); sidikdaşı xəstəliyi və sidikturşulu diurez (onların kənar edilməsindən sonra konkrementlərin əmələ gəlməsinin profilaktikası); xroniki xolesistitlər (o cümlədən kalkulyoz), öd yollarının diskineziyası, öddaşı xəstəliyi.

Əks göstərişlər
• Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
• qastritlər, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi;
• anamnezində qıcolması olan uşaqlar (febrillə və ya onsuz).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Konkrementlərin diametri 3 mm-dən artıq olduğu halda, preparatı istifadə etmək olmaz.
Bronxospazmın yaranması riskinə görə , preparatı bronxial astması olan pasiyentlərdə istifadə etmək olmaz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Öyrənilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi öyrənilməmişdir.

Pediatriyada istifadəsi
7 yaşa qədər uşaqlarda preparatın istifadəsinə ehtiyac olduqda, Urolesan® preparatının şərbət formasından istifadə etmək məsləhət görülür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Öyrənilməmişdir.

İstifadə qaydası və dozası
Preparat yeməkdən əvvəl daxilə qəbul edilir.
Böyüklər üçün məsləhət görülən doza: sutkada 3 dəfə 8-10 damcı (şəkər üzərində; şəkərli diabeti olan pasiyentlər üçün çörək üzərində). Böyrək və qaraciyər sancıları zamanı birdəfəlik doza 15-20 damcı təşkil edir. Qəbul müddəti 5-7 gün təşkil edir. Xroniki vəziyyətlərdə 7 gündən 1 ayadək istifadə edilə bilər.
7-14 yaşlı uşaqlar üçün məsləhət görülən doza: sutkada 3 dəfə 5-6 damcı (şəkər üzərində; şəkərli diabeti olan pasiyentlər üçün çörək üzərində).
Birdəfəlik dozanı, müalicənin tezliyini və müddətini həkim fərdi olaraq müəyyən edir.

Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı aşağıdakı hallar mümkündür: ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, başgicəllənmə.
Müalicəsi: çoxlu ilıq içki, sakitlik, aktivləşdirilmiş kömür, atropin sulfat (0,0005-0,001 q).

Əlavə təsirləri
Urolesan® preparatı orqanizm tərəfindən yaxşı qəbul edilir. Preparatın istifadəsi zamanı aşağıdakı hallar mümkündür:
mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: dispepsiya halları (ürəkbulanma, qusma, diareya, qarın nahiyəsində ağrı daxil olmaqla).
İmmun sistemdə baş verən pozğunluqlar: allergik reaksiyalar, qaşınma, sifətin qızarması, dəri səpgisi, övrə, angionevrotik ödem (ağızda yanma hissi, tənəffüsün çətinləşməsi, sifətin, dilin ödemi daxil olmaqla).
Mərkəzi və periferik sinir sistemində baş verən pozğunluqlar: başgicəllənmə, ümumi zəiflik, başağrısı, ataksiya, əzələ tremoru.
Ürək-damar sistemində baş verən pozğunluqlar: arterial hipotenziya, hipertenziya, bradikardiya.

Buraxılış forması
25 ml məhlul, flakon-damcıladıcıda. 1 flakon-damcıladıcı içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
25 ml məhlul, ilkin açılmaya nəzarəti olan qapaqla bağlanmış flakon-damcıladıcıda. 1 flakon-damcıladıcı içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

İstehsalçı
“Haliçfarm” İSC

Ünvan
Ukrayna, 79024, Lvov ş., Oprışkovskaya, 6/8.