EKSVAL-A 5mq/160mq
EKSVAL - A 5 mq/160 mq örtüklü tabletlər
EXVAL - A
Beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine + Valsartan
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq amlodipinə ekvivalent olan 7,02 mq
amlodipin bezilat, 160 mq valsartan vardır.
Köməkçi maddələr: krospovidon XL, mikrokristallik sellüloza (Avicel PH 102), kolloidal
silisium dioksid (Aerosil R-200), maqnezium stearate, sarı dəmir oksidi
(Sikopharm).
Örtük: hipromelloza (Pharmacoat 606), talk, titan dioksid, polietilenqlikol 6000,
lopalı boya, sarı dəmir oksidi (Sikopharm).
Təsviri
Uzunsov, sarı rəngli, ikitərəfli qabarıq, bir tərəfində “GENIX” naxışı və digər tərəfində cizgi xətti olan örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Renin-angiotenzin sisteminə təsir edən maddələr; Kalsium kanallarının blokatoru və angiotenzin-II reseptorlarının antaqonistindən ibarət kombinəolunmuş preparat.
ATC kodu: C09DB01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Eksval-A arterial hipertenziyalı xəstələrdə arterial qan təzyiqinə nəzarət etmək üçün istifadə olunan, bir-birini tamamlayan mexanizm əsasında təsir göstərən iki antihipertenziv dərman vasitəsinin kombinasiyasıdır: amlodipin kalsium ionlarının, valsartan isə angiotenzin II (AT-II) reseptorlarının antaqonistidir. Bu iki komponentin kombinasiyası nəticəsində yaranan antihipertenziv təsir ayrı-ayrılıqda bu preparatların antihipertenziv təsirindən daha güclü olur.
Amlodipin/Valsartan
Amlodipin və valsartan kombinasiyası terapevtik doza intervalında qan təzyiqinin dozadan asılı əlavə azalmasını təmin edir. Kombinasiyanın bir dozasının antihipertenziv təsiri 24 saat davam edir.
Farmakokinetikası
Valsartan və amlodipin xətti farmakokinetikaya malikdir.
Valsartan/Amlodipin
Eksval-A-nın oral təyinindən sonra plazmada valsartan maksimal konsentrasiyası 3 saat, amlodipinin maksimal konsentrasiyası isə 6-8 saat ərzində yaranır. Eksval-A-nın absorbsiya genişliyi və tezliyi valsartan və amlodipinin fərdi təyin olunmuş tabletlərinin biomənimsənilməsinə bərabərdir.
Amlodipin
Absorbsiyası:
Amlodipin müalicəvi dozada ayrıca oral təyin olunduqdan sonra, plazmada maksimal konsentrasiyası 6-12 saat ərzində yaranır. Mütləq biomənimsənilməsi 64-80%-dir. Qida qəbulu amlodipinin biomənimsənilməsinə təsir göstərmir.
Paylanması:
Paylanma həcmi təqribən 21 l/kq-dır. İn vitro tədqiqatlarda amlodipin təyin olunmuş hipertenziyalı xəstələrin plazmasında dövr edən dərmanın təxminən 97,5%-i proteinlərlə birləşmiş olur. Amlodipin plasentadan keçir və ana südünə nüfuz edir.
Biotransformasiyası:
Amlodipin qaraciyərdə (təxminən 90%) qeyri-aktiv metabolitlərə qədər metabolizmə məruz qalır.
Xaric olması
Amlodipinin plazmadan eliminasiyası iki fazalı olub, terminal eliminasiyanın yarımparçalanma dövrü təxminən 30-50 saatdır. Plazmada sabit konsentrasiyası 7-8 gün ardıcıl təyin olunandan sonra əldə edilir. Amlodipinin 10%-i dəyişilməmiş və 60%-i metabolit şəklində sidiklə xaric olur.
Valsartan
Absorbsiyası:
Valsartan müalicəvi dozada ayrıca oral təyin olunduqdan sonra, plazmada maksimal konsentrasiyası 2-4 saat ərzində yaranır. Orta biomənimsənilməsi 23%-dir. Valsartanın parçalanma kinetikası müxtəlifliyi ilə fərqlənir (t½ α < 1saat və t½ β təxminən 9 saat). Qida qəbulunun valsartana təsiri təxminən 40% (“konsentrasiya-zaman” əyrisinə [AUC] görə təyin edilir) və plazma konsentrasiyasını (Cmax) azaldır; baxmayaraq ki, qida qəbulundan 8 saat sonra valsartanın plazmada konsentrasiyası ac və tox qruplar arasında oxşardır. AUCgöstəricisində bu azalma klinik olaraq müalicəvi təsirin kifayət qədər azalması ilə müşayiət olunmur, ona görə valsartan qida ilə, yaxud onsuz qəbul edilə bilər.
Paylanması:
Valsartanın vena daxilinə yeridilməsindən sonra dayanıqlı paylanma həcmi təxminən 17 litrdir: bu da onu göstərir ki, valsartan toxumalarda geniş paylanmır. Valsartan zərdab proteinlərinə daha çox (94-97%), albumininə isə orta dərəcədə birləşir.
Biotransformasiyası:
Valsartan geniş metabolizmə məruz qalmır, ancaq dozanın təxminən 20%-i metabolizmə uğrayır. Hidroksi metaboliti plazmada aşağı konsentrasiyada (valsartanın AUC göstəricisinin 10%-dən azı) müəyyən edilib. Bu metabolit farmakoloji olaraq aktiv deyil.
Xaric olması:
Valsartan əsasən nəcislə (dozanın təxminən 83%-i) və sidiklə (dozanın təxminən 13%-i) dəyişilməmiş şəkildə xaric olur. Venadaxili təyin olunandan sonra valsartanın plazma klirensi təxminən 2 l/saat və böyrək klirensi 0,62 l/saat (ümumi klirensin təxminən 30%-i). Valsartanın yarımparçalanma dövrü 6 saatdır.
Xüsusi qrup xəstələrdə farmakokinetikası
Uşaqlar (18 yaşdan aşağı)
Uşaqlarda farmakokinetik məlumat yoxdur.
Yaşlı xəstələr (65 yaş və ya yuxarı)
Amlodipinin pik plazma konsentrasiyasına çatma vaxtı yaşlı və cavan xəstələrdə oxşardır. Yaşlı xəstələrdə amlodipinin klirensinin azalmağa meyilli olması AUC göstəricisinin və yarımxaricolma dövrünün artması ilə nəticələnir. Valsartanın orta sistemli AUC göstəricisi yaşlılarda gənclərə nisbətən 70% yüksəkdir, buna görə də dozanı artırarkən ehtiyatlı olmaq lazımdır.
Böyrək çatışmazlığı
Amlodipinin farmakokinetikasına böyrək patologiyalarının əhəmiyyətli təsiri olmur. Böyrək klirensinin ümumi plazma klirensinin yalnız 30%-ni təşkil etdiyi üçün, böyrək funksiyası ilə valsartanın sistemli təsiri arasında korrelyasiya müşahidə edilməmişdir.
Qaraciyər çatışmazlığı
Qaraciyər patologiyası olan xəstələrdə amlodipinin klirensi azalmış olur və nəticədə preparatın AUC göstəricisi təxminən 40-60% olur. Orta hesabla, yüngül və orta ağırlıqda xronik qaraciyər xəstəliyi olanlarda, könüllülər ilə müqayisədə (yaşına, cinsinə və bədən kütləsinə görə seçilmiş), valsartanın ekspozisiyası iki dəfə çox olur. Bu, qaraciyəri xəstə olanlarda nəzərə alınmalıdır.
İstifadəsinə göstərişlər
- Essensial hipertoniyanın müalicəsi;
- Amlodipin və ya valsartan monoterapiyası ilə qan təzyiqi adekvat şəkildə idarə olunmayan xəstələrdə göstərilir.
Əks göstərişlər
- Dərman vasitəsinin təsiredici maddələrinə, dihidropiridin törəmələrinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq;
- Ağır qaraciyər çatışmazlığı, biliar sirroz və ya xolestaz;
- Şəkərli diabeti və ya böyrək funksiyasının pozulması (YFS < 60 ml/dəq/1.73m2) olan xəstələrdə;
- Hamiləliyin ikinci və üçüncü trimestrləri;
- Ciddi hipotenziya;
- Şok (kardiogen şok da daxil olmaqla);
- Sol mədəciyin çıxış yolunun obstruksiyası (məsələn, hipertrofik obstruktiv kardiomiopatiya və yüksək dərəcəli aorta stenozu);
- Kəskin miokard infarktından sonra hemodinamik cəhətdən qeyri-stabil ürək çatışmazlığı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hamiləlik
Angiotenzin II-nin reseptorlarının antaqonistlərinin (AIIRA) qəbulu hamiləlik dövründə başlanılmamalıdır. Lakin AIIRA-müalicə zəruridirsə hamiləliyi planlaşdıran xəstələr hamiləlik dövründə istifadə üçün müəyyən olunmuş təhlükəsizlik profili olan alternativ antihipertenziv müalicəyə keçməlidilər. Hamiləlik diaqnozu qoyulduqda AIIRA müalicəsi dərhal dayandırılmalı və lazım olduqda alternativ müalicə başlanılmalıdır.
Orqanizmində natrium çatışmazlığı və/və ya dövr edən qan həcminin (DQH) çatışmazlığı olan xəstələr
Plasebo-nəzarətli tədqiqatlarda Eksval-A ilə müalicə alan fəsadlaşmamış hipertenziyası olan xəstələrin 0.4%-də həddən artıq hipotenziya halı müşahidə edilmişdir. Renin-angiotenzin sistemi aktivləşmiş xəstələr (yüksək dozada diuretiklər qəbul edən xəstələrdə DQH-nin və/və ya natriumun çatışmazlığı) angiotenzin reseptorlarının blokatorlarını qəbul edərkən simptomatik hipotenziya baş verə bilər. Eksval-A təyin edilməmişdən əvvəl belə halların korreksiyası lazımdır, yaxud müalicənin başlanğıcında ciddi tibbi nəzarətin olması məsləhətdir.
Əgər Eksval-A-nın tətbiqi nəticəsində arterial hipotenziya baş verərsə, o zaman xəstə arxası üstə uzadılmalı və əgər ehtiyac olarsa, venadaxili fizioloji məhlul infuziya olunmalıdır. Müalicə arterial qan təzyiqi stabilləşənə qədər aparılmalıdır.
Hiperkaliemiya
Əlavə kaliumun, kaliumqoruyucu diuretiklərin, kalium əvəzedici duzların, eləcə də kalium səviyyəsinin artmasına səbəb olan dərman preparatlarının (məsələn, heparin və s.) istifadəsi zamanı ehtiyatlı olmaq və kaliumun səviyyəsini tez-tez yoxlamaq lazımdır.
Böyrək arteriyasının stenozu
Birtərəfli və ya ikitərəfli böyrək arteriyasının stenozu və tək böyrək arteriyasının stenozu olan xəstələrdə qanda sidik cövhəri və zərdabda kreatinin artması riski olduğu üçün Eksval-A bu xəstələrdə hipertoniyanın müalicəsi zamanı ehtiyatla istifadə olunmalıdır.
Böyrək transplantasiyası
Yaxın vaxtlarda böyrək transplantasiyası olunmuş xəstələrdə Eksval-A təhlükəsiz istifadəsi ilə bağlı məlumat yoxdur.
Qaraciyər çatışmazlığı olan pasiyentlər
Valsartan çox dəyişmədən ödlə xaric olunduğu halda, amlodipin qaraciyərdə intensiv şəkildə metabolizmə uğrayır. Eksval-A qaraciyər çatışmazlığı və ya obstruktiv öd çatışmazlığı olan xəstələr tərəfindən ehtiyatla qəbul edilməlidir. Valsartan üçün tövsiyə olunan ən yüksək doza xolestaz olmadan yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələr üçün 80 mq-dır.
Böyrək çatışmazlığı olan pasiyentlər
Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə (QFS>30 ml/dəq/1,73 m2) dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Orta dərəcəli böyrək çatışmazlığında kalium və kreatinin səviyyələrinə nəzarət etmək tövsiyə olunur.
Birincili hiperaldosteronizm
Birincili hiperaldosteronizmi olan və renin-angiotenzin sistemi zədələnmiş pasiyentlər angiotenzin II antaqonisti olan valsartan müalicə edilməməlidir.
Angionevrotik ödem
Valsartan qəbul edən pasiyentlərdə angionevrotik ödem, o cümlədən qırtlağın və səs yarığının ödemi barədə məlumat verilmişdir ki, bu da tənəffüs yollarının obstruksiyasına və/və ya üzün, dodaqların, udlağın və/və ya dilin ödeminə səbəb olur; bu pasiyentlərdən bəzilərində əvvəllər digər dərman preparatlarının, o cümlədən AÇF inhibitorlarının qəbulu zamanı angionevrotik ödem inkişaf etmişdir. Angionevrotik ödem inkişaf edən pasiyentlərdə Eksval-A-nın qəbulu dərhal dayandırılmalı və bu preparat yenidən qəbul edilməməlidir.
Ürək çatışmazlığı və işemik xəstəliyi/miokard infarktından sonrakı dövr
Renin-angiotenzin-aldosteron sisteminin dayandırılması (inhibisiyası) nəticəsində buna meyilli şəxslərdə böyrək funksiyasında dəyişikliklər gözlənilə bilər. Böyrək funksiyası renin-angiotenzin-aldosteron sisteminin fəallığından asılı ola biləcək ağır ürək çatışmazlığı olan xəstələrdə AÇF inhibitorları və angiotenzin reseptorlarının antaqonistləri ilə müalicə oliquriya və/və ya inkişaf edən azotemiya və (nadir hallarda) kəskin böyrək çatışmazlığı ilə və/və ya ölümlə əlaqəli idi. Oxşar nəticələr valsartanla qeydə alınmışdır. Ürək çatışmazlığı olan və ya miokard infarktı keçirmiş xəstələrin qiymətləndirilməsinə hər zaman böyrək funksiyasının qiymətlədirilməsi də daxil olmalıdır.
NYHA (Nyu-York kardiologiya assosiasiyasının) təsnifatına görə III və IV dərəcə etiologiyalı qeyri işemik ürək çatışmazlığı olan xəstələr arasında uzun müddətli plasebo-nəzarətli tədqiqatda (PRAISE-2) amlodipin ağciyər problemi üzrə hesabatların artması ilə bağlı idi.
Kalsium kanal blokatorları, o cümlədən amlodipin, durğunluq ürək çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə edilməlidir, çünki onlar gələcək ürək-damar hadisələri və ölüm riskini artıra bilər.
Aortanın və mitral qapaqların stenozu, obstruktiv hipertrofik kardiomiopatiya
Digər vazodilatatorların istifadəsi zamanı olduğu kimi, aortanın və ya mitral qapaqların stenozu, həmçinin hipertrofik kardiomiopatiyası olan xəstələrdə xüsusi ehtiyat tədbirlərinə əməl etmək lazımdır.
Renin angiotenzin sisteminin (RAS) ikiqat blokadası
AÇF inhibitorları, angiotenzin II reseptor blokatorları və ya aliskiren ilə eyni vaxtda istifadə edildikdə, hipotenziya, hiperkaliemiya və böyrək funksiyasının azalması (kəskin böyrək çatışmazlığı daxil olmaqla) riskinin artmasına dair sübutlar mövcuddur. AÇF inhibitorları, angiotenzin II reseptor blokatorları və ya aliskiren ilə eyni vaxtda istifadəsi məsləhət görülmür, belə ki, bu RAAS-in ikili blokadasına səbəb olur.
İkili blokada müalicəsi tamamilə zəruri hesab edilərsə, o, yalnız mütəxəssis nəzarəti altında aparılmalı və böyrək funksiyası, elektrolitlər və qan təzyiqi yaxından izlənilməlidir. AÇF inhibitorları və angiotenzin II reseptor blokatorları diabetik nefropatiyası olan pasiyentlərdə birlikdə istifadə edilməməlidir.
Eksval-A hipertenziyadan başqa heç bir xəstə populyasiyasında tədqiq edilməmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Kombinasiya üçün ümumi qarşılıqlı təsir
Eksval-A üzrə digər dərman preparatları ilə qarşılıqlı təsirə dair heç bir rəsmi tədqiqat aparılmayıb.
Digər antihipertenziv preparatların eyni vaxtda istifadəsi ilə nəzərə alınmalıdır
Tez-tez istifadə olunan antihipertenziv preparatlar (məsələn, alfa blokatorlar, diuretiklər) və hipotenziv mənfi təsirlərə səbəb ola bilən digər dərmanlar (məsələn, trisiklik antidepressantlar, xoşxassəli prostat hiperplaziyasının müalicəsi üçün α-blokatorlar) birləşmənin antihipertenziv təsirini artıra bilər.
Amlodipinlə əlaqəli qarşılıqlı təsirlər
Eyni vaxtda istifadəsi tövsiyə edilmir
Qreypfrut və ya qreypfrut suyu
Amlodipinin qreypfrut və ya qreypfrut şirəsi ilə birlikdə qəbulu tövsiyə edilmir, çünki bəzi xəstələrdə bioyararlıq arta bilər, bu da qan təzyiqini aşağı salan təsirlərin artması ilə nəticələnə bilər.
CYP3A4 inhibitorlarının eyni vaxtda istifadəsi ilə ehtiyatlı olmaq lazımdır
Amlodipinin güclü və ya orta CYP3A4 inhibitorları (proteaza inhibitorları, azol antifunqal preparatlar, eritromisin və ya klaritromisin, verapamil və ya diltiazem kimi makrolidlər) ilə eyni vaxtda istifadəsi amlodipinin təsirində əhəmiyyətli artıma səbəb ola bilər. Bu farmakokinetik dəyişikliklərin klinik əlamətləri yaşlılarda daha aydın ifadə oluna bilər. Buna görə klinik monitorinq və dozanın tənzimlənməsi tələb oluna bilər.
CYP3A4 induktorları (qıcolma əleyhinə [məsələn, karbamazepin, fenobarbital, fenitoin, fosfenitoin, primidon], rifampisin, Hypericum perforatum)
Məlum CYP3A4 induktorlarının eyni vaxtda istifadəsi ilə amlodipinin plazma konsentrasiyası dəyişə bilər. Buna görə də, xüsusilə güclü CYP3A4 induktorları (məsələn, rifampisin, Hypericum perforatum) ilə eyni vaxtda qəbul edilən dərmanlar zamanı və sonrasında qan təzyiqinə nəzarət edilməli və dozanın tənzimlənməsi nəzərə alınmalıdır.
Simvastatin
10 mq amlodipinlə 80 mq simvastatinin yanaşı çoxsaylı dozaları tək simvastatinin qəbul edilməsi ilə müqayisədə simvastatinin konsentrasiyasının 77% artmasına gətirib çıxarır. Amlodipinlə müalicə alan xəstələrdə simvastatinin dozasını gündə 20 mq-a qədər məhdudlaşdırmaq tövsiyə olunur.
Dantrolen (infuziya)
Heyvanlar üzərində aparılan eksperimentlərdə verapamilin daxilə qəbulundan və dantrolenin venadaxili yeridilməsindən sonra mədəciklərin ölümlə nəticələnən fibrilyasiyası və hiperkaliemiya ilə assosiasiya olunan ürək-damar çatışmazlığı müşahidə edilmişdir. Hiperkaliemiyanın inkişaf riskini nəzərə alaraq, bədxassəli hipertermiyaya meyilli olan xəstələrdə kalsium kanallarının blokatorları ilə, o cümlədən amlodipinlə birlikdə istifadədən çəkinmək lazımdır.
Eyni vaxtda istifadə edildikdə diqqət tələb edən kombinasiyalar
Digər
Klinik qarşılıqlı təsir tədqiqatlarında amlodipinin atorvastatin, diqoksin, varfarin və siklosporinin farmakokinetikasına təsir göstərmədiyi aşkar edilmişdir.
Valsartanla əlaqəli qarşılıqlı təsirlər
Litium
AÇF inhibitorları və angiotenzin II reseptor antaqonistləri ilə eyni vaxtda istifadə edildikdə, plazma litium konsentrasiyalarında geri dönən artımlar və toksiklik bildirildi. Buna görə də, eyni vaxtda istifadə zamanı plazmada litiumun səviyyəsini diqqətlə izləmək tövsiyə olunur. Həmçinin, diuretik dərman qəbul edilərsə, Eksval-A ilə litiumun toksiklik riskinin daha çox artdığı güman edilir.
Kaliumqoruyucu diuretiklər, kalium preparatları, kalium tərkibli qida əlavələri və kaliumun səviyyəsini artıra bilən digər maddələr
Valsartan ilə birlikdə kalium səviyyəsinə təsir göstərə bilən preparatın təyin edilməsi zərurəti yarandıqda, kalium səviyyəsinin monitorinqi tövsiyə olunur.
Eyni vaxtda istifadə zamanı ehtiyatlılıq tələb edən kombinasiyalar
QSİƏP, o cümlədən siklooksigenaza-2-nin (SOG-2) selektiv inhibitorları, 3 q/gün-dən yüksək dozalarda asetilsalisil turşusu və qeyri-selektiv QSİƏP-lər
Angiotenzin II antaqonistləri QSİƏP-lər ilə eyni vaxtda qəbul edildikdə antihipertenziv təsir zəifləyə bilər. Həmçinin, QSİƏP-lərin angiotenzin II antaqonistləri ilə eyni vaxtda istifadəsi böyrək funksiyalarının pisləşməsinə və plazmada kaliumun artması riskinə səbəb ola bilər. Buna görə də, müalicənin əvvəlində böyrək funksiyasının monitorinqi və xəstənin düzgün maye qəbul edilməsi məsləhət görülür.
Tutulma nəqledicisinin inhibitorları (məs., rifampisin, siklosporin) və ya axın nəqledicisi inhibitorları (məs., ritonavir)
İnsan qaraciyəri toxumasının in vitro tədqiqinin nəticələri göstərdi ki, valsartan OATP1B1-in qaraciyər tutulmasının nəqledicisinin və MRP2-nin qaraciyər axını nəqledicisinin substratıdır. Tutulma nəqledicisinin inhibitorlarının (məs., rifampisin, siklosporin) və ya axın nəqledicisi inhibitorlarının (məs., ritonavir) eyni zamanda təyin edilməsi valsartanın sistem təsirinin artmasına səbəb ola bilər.
Renin angiotenzin sisteminin (RAS) angiotenzin reseptorlarının antaqonistləri, AÇF inhibitorları və ya aliskirenlə ikiqat blokadası
Klinik tədqiqatlar məlumatları göstərir ki, AÇF inhibitorlarının, ARBs və ya aliskirenin birgə istifadəsi ilə RAAS-ın ikili blokadası tək RAAS təsir edən agentin istifadəsi ilə müqayisədə hipotenziya, hiperkaliemiya və böyrək funksiyasının azalması (kəskin böyrək çatışmazlığı daxil olmaqla) kimi mənfi hadisələrin daha yüksək tezliyi ilə əlaqələndirilir.
Valsartanla monoterapiya zamanı aşağıdakı preparatlarla klinik əhəmiyyətli qarşılıqlı təsir müəyyən edilməmişdir: simetidin, varfarin, furosemid, diqoksin, atenolol, indometasin, hidroxlortiazid, amlodipin, qlibenklamid.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Amlodipin
Hamiləliklə bağlı məhdud məlumatlar göstərir ki, amlodipin və kalsium reseptorlarının digər antaqonistləri dölün sağlamlığına mənfi təsir göstərmirlər. Doğuşun gecikməsi riski müşahidə oluna bilər.
Valsartan
Hamiləliyin birinci trimestrində angiotenzin II (AIIRA) reseptorlarının antaqonistləri istifadə olunmur. AIIRA-nın hamiləliyin ikinci və üçüncü trimestrdə istifadəsi əks göstərişdir. Hamiləliyin birinci trimestrdə AÇF inhibitorlarının təsirindən sonra teratogen riskə dair epidemioloji məlumatlar inandırıcı olmamışdır; lakin riskin bir qədər artması istisna deyil. Angiotenzin II (AIIRA) reseptorlarının antaqonistlərinin riski haqqında nəzarət olunan epidemioloji məlumatların olmamasına baxmayaraq, bu sinifdən olan preparatlar üçün bu cür risklər ola bilər. Əgər AIIRA terapiyası yenə də zəruri hesab olunarsa, hamiləliyi planlaşdıran xəstələr hamiləlik zamanı istifadə üçün müəyyən olunmuş təhlükəsizlik profilinə malik alternativ antihipertenziv müalicəyə keçməlidir. Hamiləlik müəyyən olunduqda, AIIRA ilə müalicə dərhal dayandırılmalı və zərurət olduqda alternativ müalicəyə başlanılmalıdır. Məlumdur ki, AIIRA terapiyasının təsiri ikinci və üçüncü trimestrdə insanda fetotoksiklik (qaraciyər funksiyasının azalması, suyun azalması, kəllənin sümükləşməsinin yavaşıması) və neonatal toksiklik (qaraciyər çatışmazlığı, arterial hipotenziya, hiperkaliemiya) yaradır.
AIIRA-nın təsiri hamiləliyin ikinci trimestrindən başlayaraq baş veribsə, qaraciyər funksiyalarının və kəllənin USM-müayinəsi tövsiyə olunur.
Anaları AIIRA qəbul edən körpələr hipotoniyaya görə diqqətlə müayinə olunmalıdır.
Laktasiya dövrü
Valsartanın insanlarda ana südünə keçməsinə dair məlumat yoxdur. Amlodipinin insanlarda ana südünə keçməsi müşahidə edilmişdir. Körpələr tərəfindən alınan analardakı doza nisbəti maksimal 15% ilə 3-7%-in interkvartal nisbəti kimi hesablanmışdır. Amlodipinin körpələrə təsiri məlum deyil. Laktasiya zamanı Eksval-A-nın istifadəsi ilə bağlı heç bir məlumat yoxdur, buna görə də Eksval-A tövsiyə edilmir və laktasiya zamanı, xüsusən də yeni doğulmuş və ya vaxtından əvvəl doğulmuş körpələri əmizdirərkən daha yaxşı müəyyən edilmiş təhlükəsizlik profillərinə malik alternativ müalicələrə üstünlük verilir. Ona görə də Eksval-A preparatı laktasiya dövründə istifadə edilmir.
Fertillik
Eksval-A ilə fertilliyə dair heç bir klinik tədqiqat aparılmamışdır.
Valsartan
Valsartan gündə 200 mq/kq-a qədər oral dozada erkək və ya dişi siçovulların reproduktiv fəaliyyətinə heç bir mənfi təsir göstərməmişdir. Bu doza mq/m2 əsasında insan üçün tövsiyə olunan maksimum dozanın 6 qatını təşkil edir (hesablamalar 320 mq/gün və 60 kq xəstənin oral qəbulunu nəzərdə tutur).
Amlodipin
Kalsium kanal blokatorları ilə müalicə olunan bəzi xəstələrdə spermatozoidlərin başında geri dönən biokimyəvi dəyişikliklər bildirilmişdir. Amlodipinin fertilliyə potensial təsiri ilə bağlı klinik məlumatlar kifayət deyil. Siçovullar üzərində aparılan bir araşdırmada kişilərin fertilliyinə mənfi təsirlər aşkar edilmişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Eksval-A qəbul edən və nəqliyyat vasitələrini idarə edən və ya mexanizmlərdən istifadə edən xəstələr bəzən başgicəllənmə və ya yorğunluğun baş verə biləcəyini nəzərə almalıdırlar.
Amlodipin nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə yüngül və ya orta dərəcədə təsir göstərə bilər. Amlodipin qəbul edən xəstələrdə başgicəllənmə, baş ağrısı, yorğunluq və ya ürəkbulanma varsa, reaksiya vermək qabiliyyəti pozula bilər.
İstifadə qaydası və dozası
Eksval-A-nın tövsiyə olunan dozası gündə bir tabletdir.
Ayrılıqda amlodipinin və ya valsartanın monoterapiyası ilə qan təzyiqi kifayət qədər idarə oluna bilməyən xəstələrə Eksval-A 5 mq/80 mq ilə müalicəyə təyin oluna bilər.
Ayrılıqda amlodipinin və ya valsartanın monoterapiyası ilə qan təzyiqi kifayət qədər idarə oluna bilməyən xəstələrə Eksval-A 5 mq/160 mq ilə müalicəyə təyin oluna bilər.
Ayrılıqda amlodipinin və ya valsartanın monoterapiyası və ya Eksval-A 5 mq/160 mq ilə qan təzyiqi kifayət qədər idarə oluna bilməyən xəstələrə Eksval-A 10 mq/160 mq ilə müalicəyə təyin oluna bilər.
Eksval-A qida ilə və ya yeməksiz istifadə edilə bilər.
Sabit doza kombinasiyasına keçməzdən əvvəl komponentlərin (məsələn, amlodipin və valsartan) fərdi doza müəyyənləşdirilməsi tövsiyə olunur. Klinik göstəriş tələb etdikdə, monoterapiyadan sabit dozalı kombinə müalicəyə birbaşa keçid nəzərə alına bilər. Valsartan və amlodipin ayrı-ayrı qəbul edən xəstələr tərkibində komponentlərin eyni dozaları olan Eksval-A qəbuluna keçə bilərlər.
Ayrı-ayrı qrup xəstələrdə dozalanması
Böyrək çatışmazlığı
Ağır böyrək çatışmazlığı olan xəstələrdə mövcud klinik məlumat yoxdur. Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur. Orta dərəcəli böyrək çatışmazlığında kalium və kreatinin səviyyələrinə nəzarət etmək tövsiyə olunur.
Qaraciyər çatışmazlığı
Eksval-A ağır qaraciyər çatışmazlığı olan xəstələrdə əks göstərişdir. Qaraciyər çatışmazlığı və ya öd yollarının obstruktiv pozğunluqları olan xəstələrə Eksval-A təyin edilərkən ehtiyatlı olmaq lazımdır. Xolestazsız yüngül və orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələrdə valsartanın tövsiyə olunan maksimal dozası 80 mq-dır. Yüngül və ya orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələrdə amlodipinin dozası ilə bağlı tövsiyələr müəyyən edilməmişdir. Qaraciyər çatışmazlığı olan uyğun hipertenziyalı xəstələrdə, amlodipinə və ya Eksval-A-ya keçid zamanı müvafiq olaraq, amlodipinin tək başına və ya amlodipinin komponentinin mövcud olan ən aşağı dozasi istifadə edilməlidir.
Yaşlı xəstələr (65 və 65 yaşdan yuxarı)
Yaşlı xəstələrdə dozanı artırarkən ehtiyatlı olmaq lazımdır. Hipertenziyası olan yaşlı xəstələrdə amlodipinə və ya Eksval-A-ya keçid zamanı müvafiq olaraq, amlodipinin tək başına və ya amlodipinin komponentinin mövcud olan ən aşağı dozası istifadə edilməlidir.
Uşaqlar
18 yaşdan kiçik uşaqlarda Eksval-A-nın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Heç bir məlumat yoxdur.
İstifadə qaydası
Daxilə qəbul edilir. Eksval-A-nı su ilə qəbul etmək məsləhət görülür.
Qreypfrut və ya qreypfrut şirəsi ilə birlikdə qəbulundan qaçınılmalıdır.
Əlavə təsirləri
Təhlükəsizlik profilinin xülasəsi
Amlodipin besilat + valsartanın təhlükəsizliyi 5175 xəstə üzərində aparılan beş nəzarətli klinik tədqiqatlarda qiymətləndirilmişdir, onlardan 2613 xəstə amlodipinlə birlikdə valsartanı qəbul etmişdir. Aşağıdakı mənfi reaksiyaların ən tez-tez baş verən və ya ən əhəmiyyətli və ya ağır olduğu aşkar edilmişdir: nazofaringit, qrip, yüksək həssaslıq, baş ağrısı, bayılma, ortostatik hipotenziya, ödem, üz ödemi, periferik ödem, yorğunluq, qızartı, asteniya və qızdırma.
Əlavə təsirlərin rast gəlmə tezliyi aşağıdakı kimi təsnif edilmişdir (MedDRA təsnifatı):
çox tez-tez (≥1/10), tez-tez (≥1/100, <1/10), bəzən (≥1/1000, <1/100), nadir hallarda (≥1/10 000, <1/1 000), çox nadir hallarda (<1/10 000) rast gəlmə tezliyi məlum deyil (mövcud məlumatlar əsasında əlavə təsirləri müəyyən etmək mümkün deyil).
|
Sistem-orqan sinfi |
Əlavə təsirlər |
Rastgəlmə tezliyi |
||
|
Eksval-A |
Amlodipin |
Valsartan |
||
|
İnfeksiya və invaziyalar |
Nazofaringit |
Tez-tez |
-- |
-- |
|
Qrip |
Tez-tez |
-- |
-- |
|
|
Qan və limfa sistemi pozğunluqları |
Hemoqlobin və
hematokritin azalması |
-- |
-- |
Məlum deyil |
|
Leykopeniya |
-- |
Çox nadir |
-- |
|
|
Neytropeniya |
-- |
-- |
Məlum deyil |
|
|
Trombositopeniya,
bəzən purpura ilə |
-- |
Çox nadir |
Məlum deyil |
|
|
İmmun sistemi pozğunluqları |
Hiperhəssaslıq |
Nadir |
Çox nadir |
Məlum deyil |
|
Metabolizm və qidalanma pozğunluqları |
Anoreksiya |
Bəzən |
-- |
-- |
|
Hiperkalsiemiya |
Bəzən |
-- |
-- |
|
|
Hiperqlikemiya |
-- |
Çox nadir |
-- |
|
|
Hiperlipidemiya |
Bəzən |
-- |
-- |
|
|
Hiperurikemiya |
Bəzən |
-- |
-- |
|
|
Hipokaliemiya |
Tez-tez |
-- |
-- |
|
|
Hiponatriemiya |
Bəzən |
-- |
-- |
|
|
Psixi pozğunluqlar |
Depressiya |
-- |
Bəzən |
-- |
|
Narahatlıq |
Nadir |
-- |
-- |
|
|
Yuxusuzluq
Yuxu pozulmaları |
-- |
Bəzən |
-- |
|
|
Əhval-ruhiyyənin
dəyişilməsi |
-- |
Bəzən |
-- |
|
|
Sinir sistemi pozğunluqları |
Koordinasiya pozğunluğu |
Bəzən |
-- |
-- |
|
Başgicəllənmə |
Bəzən |
Tez-tez |
-- |
|
|
Postural
başgicəllənmə |
Bəzən |
-- |
-- |
|
|
Disgevziya |
-- |
Bəzən |
-- |
|
|
Ekstrapiramid
sindrom |
-- |
Məlum deyil |
-- |
|
|
Başağrısı |
Tez-tez |
Tez-tez |
-- |
|
|
Hipertoniya |
-- |
Çox nadir |
-- |
|
|
Paresteziya |
Bəzən |
Bəzən |
-- |
|
|
Periferik
neyropatiya, neyropatiya |
-- |
Çox nadir |
-- |
|
|
Yuxululuq |
Bəzən |
Tez-tez |
-- |
|
|
Bayılma |
-- |
Bəzən |
-- |
|
|
Titrəmə |
-- |
Bəzən |
-- |
|
|
Hipesteziya |
-- |
Bəzən |
-- |
|
|
Görmə pozğunluqları |
Görmənin itməsi |
Nadir |
Bəzən |
-- |
|
Görmənin
pozulması |
Bəzən |
Bəzən |
-- |
|
|
Qulaq və labirint pozğunluqları |
Tinnitus |
Nadir |
Bəzən |
-- |
|
Vertiqo |
Bəzən |
-- |
Bəzən |
|
|
Ürək sistemi pozğunluqları |
Ürəkdöyünmə |
Bəzən |
Tez-tez |
-- |
|
Bayılma |
Nadir |
-- |
-- |
|
|
Taxikardiya |
Bəzən |
-- |
-- |
|
|
Aritmiya
(bradikardiya, qulaqcıqların fibrilyasiyası, mədəcik taxikardiyası) |
-- |
Çox nadir |
-- |
|
|
Miokard infarktı |
-- |
Çox nadir |
-- |
|
|
Damar pozğunluqları |
Istilikbasma |
-- |
Tez-tez |
-- |
|
Hipotenziya |
Nadir |
Bəzən |
-- |
|
|
Ortostatik
hipotenziya |
Bəzən |
-- |
-- |
|
|
Vaskulit |
-- |
Çox nadir |
Məlum deyil |
|
|
Respirator, torakal və mediastinal
pozğunluqlar |
Öskürək
|
Bəzən |
Çox nadir |
Bəzən |
|
Təngnəfəslik |
-- |
Bəzən |
-- |
|
|
Farinqolaringeal
ağrı |
Bəzən |
-- |
-- |
|
|
Rinit |
-- |
Bəzən |
-- |
|
|
Mədə-bağırsaq
pozğunluqları |
Abdominal narahatlıq, abdominal ağrı |
Bəzən |
Tez-tez |
Bəzən |
|
Bağırsaq alışqanlığının
dəyişdirilməsi |
-- |
Bəzən |
-- |
|
|
Qəbizlik |
Bəzən |
-- |
-- |
|
|
İshal |
Bəzən |
Bəzən |
-- |
|
|
Ağızda
quruluq |
Bəzən |
Bəzən |
-- |
|
|
Dispepsiya |
-- |
Bəzən |
-- |
|
|
Qastrit |
-- |
Çox nadir |
-- |
|
|
Damaqların
hiperplaziyası |
-- |
Çox nadir |
-- |
|
|
Ürəkbulanma |
Bəzən |
Tez-tez |
-- |
|
|
Pankreatit |
-- |
Çox nadir |
-- |
|
|
Qusma |
-- |
Bəzən |
-- |
|
|
Hepatobiliar
pozğunluqlar |
Qaraciyərin
fəaliyyətinə, o cümlədən, qanda bilirubinin artmasına görə anomal test |
-- |
Çox nadir* |
Məlum deyil |
|
Hepatit |
Çox
nadir |
Çox nadir |
-- |
|
|
Qaraciyər daxili
xolestaz, sarılıq |
-- |
Çox nadir |
-- |
|
|
Dəri və dərialtı
toxumanın xəstəlikləri |
Alopesiya |
-- |
Bəzən |
-- |
|
Angioödem |
-- |
Çox nadir |
Məlum deyil |
|
|
Bullyoz dermatit |
-- |
-- |
Məlum deyil |
|
|
Eritema |
Bəzən |
-- |
-- |
|
|
Multiformalı eritema |
-- |
Çox nadir |
-- |
|
|
Ekzantema |
Nadir |
Bəzən |
-- |
|
|
Hiperhidroz |
Nadir |
Bəzən |
-- |
|
|
Fotosensibilizasiya |
-- |
Bəzən |
-- |
|
|
Qaşınma |
Nadir |
Bəzən |
Məlum deyil |
|
|
Purpura |
-- |
Bəzən |
-- |
|
|
Səpgi |
Bəzən |
Bəzən |
Məlum deyil |
|
|
Dəri rənginin
dəyişməsi |
-- |
Bəzən |
-- |
|
|
Övrə |
-- |
Çox nadir |
-- |
|
|
Eksfoliativ
dermatit |
-- |
Çox nadir |
-- |
|
|
Stivens-Conson
sindromu |
-- |
Çox nadir |
-- |
|
|
Kvinke ödemi |
-- |
Çox nadir |
-- |
|
|
Toksik epidermal
nekroliz |
-- |
Məlum deyil |
-- |
|
|
Dayaq-hərəkət
aparatının və birləşdirici toxumanın pozğunluqları |
Artralgiya |
Bəzən |
Bəzən |
-- |
|
Bel ağrısı |
Bəzən |
Bəzən |
-- |
|
|
Oynaqlarda şişkinlik |
Bəzən |
-- |
-- |
|
|
Əzələ spazmı |
Nadir |
Bəzən |
-- |
|
|
Mialgiya |
-- |
Bəzən |
Məlum deyil |
|
|
Ayaq
biləyinin ödemi |
-- |
Bəzən |
-- |
|
|
Böyrək və urinal
pozğunluqlar |
Qanda
kreatininin artması |
-- |
-- |
Məlum deyil |
|
Sidik ifrazının
pozulması |
-- |
Bəzən |
-- |
|
|
Nikturiya |
-- |
Bəzən |
-- |
|
|
Pollakiuriya |
Nadir |
Bəzən |
-- |
|
|
Poliuriya |
Nadir |
-- |
-- |
|
|
Böyrək
çatışmazlığı |
-- |
-- |
Məlum deyil |
|
|
Reproduktiv sistemi və süd vəzilərin
xəstəlikləri |
İmpotensiya |
-- |
Bəzən |
-- |
|
Erektil
disfunksiya |
Nadir |
-- |
-- |
|
|
Ginekomastiya |
-- |
Bəzən |
-- |
|
|
Ümumi pozulmalar və yeridilmə
yerində reaksiyalar |
Asteniya |
Tez-tez |
Bəzən |
-- |
|
Diskomfort |
-- |
Bəzən |
-- |
|
|
Yorğunluq |
Tez-tez |
Tez-tez |
Bəzən |
|
|
Üzdə ödem |
Tez-tez |
-- |
-- |
|
|
İstilik hissi |
Tez-tez |
-- |
-- |
|
|
Sinədə ağrı |
-- |
Bəzən |
-- |
|
|
Ödem |
Tez-tez |
Tez-tez |
-- |
|
|
Periferik ödem |
Tez-tez |
-- |
-- |
|
|
Ağrı
|
-- |
Bəzən |
-- |
|
|
“Pitting” ödemi |
Tez-tez |
-- |
-- |
|
|
Tədqiqatlar |
Qanda
kaliumun artması |
-- |
-- |
Məlum deyil |
|
Bədən çəkisinin artması |
-- |
Bəzən |
-- |
|
|
Bədən
çəkisinin azalması |
-- |
Bəzən |
-- |
|
* Əsasən xolestaza uyğundur
Kombinasiya haqqında əlavə məlumat
Amlodipini məlum təsirə kimi periferik ödem amlodipin/valsartan kombinasiyasını qəbul edən xəstələrdə monoterapiya olaraq tək amlodipin qəbul edən xəstələrlə müqayisədə aşağı səviyyədə müşahidə edilmişdir. Dozadan asılı periferik ödemin tezliyi ikiqat kor nəzarət edilən klinik tədqiqatlarda aşağıdakı kimi aşkar edilmişdir:
Periferik ödemi olan xəstələrin faizi, % |
Valsartan (mq) |
|||||
0 |
40 |
80 |
160 |
320 |
||
Amlodipin (mq) |
0 |
3.0 |
5.5 |
2.4 |
1.6 |
0.9 |
2.5 |
8.0 |
2.3 |
5.4 |
2.4 |
3.9 |
|
5 |
3.1 |
4.8 |
2.3 |
2.1 |
2.4 |
|
10 |
10.3 |
NA |
NA |
9.0 |
9.5 |
|
Amlodipin/valsartan kombinasiyası ilə periferik ödemin orta tezliyi bütün dozalara görə 5,1% təşkil etmişdir.
Preparatın komponentləri haqqında əlavə məlumat
Əvvəllər komponentlərin birinin ayrılıqda istifadəsi zamanı meydana çıxan arzuolunmaz təsirlər onlar klinik tədqiqatlar zamanı müşahidə edilməsə belə Eksval-A preparatının istifadəsi zamanı da meydana çıxa bilər.
Amlodipin
Tez-tez |
Yuxusuzluq, başgicəllənmə, ürəkdöyünmə, qarın nahiyəsində ağrı, ürəkbulanma, ayaq biləyinin ödemi. |
Bəzən |
Yuxusuzluq, əhval-ruhiyyənin dəyişilməsi (narahatlıq daxil olmaqla), depressiya, tremor, disgevziya, bayılma, hipoesteziya, görmə pozğunluğu (diplopiya daxil olmaqla), tinnitus, hipotenziya, təngnəfəslik, rinit, qusma, dispepsiya, alopesiya, dərinin qızartı, səpgi, ekzantema, mialgiya, əzələ spazmları, ağrı, sidik ifrazının pozulması, sidik ifrazının artması, impotensiya, ginekomastiya, sinədə ağrı, nasazlıq, çəki artımı, çəki azalması. |
Nadir |
Koordinasiya pozğunluğu |
Çox nadir |
Leykositopeniya, trombositopeniya, allergik reaksiyalar, hiperqlikemiya, hipertoniya, periferik neyropatiya, miokard infarktı, aritmiya (bradikardiya, mədəcik taxikardiya və atrial fibrilyasiya daxil olmaqla), vaskulit, pankreatit, qastrit, hipertenziya, qaraciyər fermentlərinin artması*, angioödem, multiformalı eritema, övrə, eksfoliativ dermatit, Stivens-Conson sindromu, Kvinke ödemi, fotosensibilizasiya. |
Məlum deyil |
Toksik epidermal nekroliz |
* əsasən xolestaza uyğundur
Valsartan
Məlum deyil |
Hemoqlobinin azalması, hematokritin azalması, neytropeniya, trombositopeniya, plazmada kaliumun artması, plazma bilirubinin artması da daxil olmaqla qaraciyər funksiyasının yüksəlməsi, böyrək çatışmazlığı, plazma kreatinin səviyyəsinin yüksəlməsi, angionevrotik ödem, mialgiya, vaskulit, o cümlədən hipersensibilizasiya. |
Əlavə təsirlər barədə məlumatın verilməsi
Dərman vasitəsinin qeydiyyatından sonra preparatın “fayda-risk” nisbətininin fasiləsiz monitorinqini təmin etmək məqsədilə əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir.
Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinə verilməlidir.
Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı ş., Cəfər Cabbarlı k., 34.
Faks: (99412) 596-07-16.
Tel.: (99412) 596-05-20.
e-mail: [email protected]; Website: www.pharma.az
Doza həddinin aşılması
Simptomlar
Eksval-A ilə dozanın aşılması təcrübəsi mövcud deyil. Valsartanın dozasının aşılmasının əsas simptomu başgicəllənmə ilə güclü hipotoniya ola bilər. Amlodipinin dozanın aşılması həddindən artıq periferik vazodilatasiyaya və yəqin ki, reflektor taxikardiyaya gətirib çıxara bilər. Amlodipinlə bağlı güclü və potensial uzadılmış sistem hipotenziya, o cümlədən ölümlə nəticələnən şok barədə məlumat verilir.
Müalicə
Əgər qəbulu yaxınlarda olarsa, qusmanın induksiyası və ya mədə yuyulması nəzərdən keçirilə bilər. Aktivləşdirilmiş kömür, amlodipinin qəbulundan dərhal sonra və ya qəbuldan sonrakı iki saat ərzində qəbul edilərsə, amlodipinin sorulması xeyli azalar. Eksval-A ilə doza həddinin aşılması ilə əlaqədar klinik cəhətdən əhəmiyyətli hipotenziya, ürək və tənəffüs funksiyalarının mütəmadi monitorinqi, ətrafların yuxarı qaldırılması və dövr edən maye həcmi və sidik ifrazına diqqət də daxil olmaqla aktiv kardiovaskulyar tədbirlərin aparılmasını tələb edir. Damar tonusunu və arterial təzyiqi bərpa etmək üçün əks göstərişlər olmadıqda damardaraldıcı preparatdan istifadə etmək olar. Kalsium kanallarının blokadaya alınması ilə bağlı arterial təzyiqin davamlı enməsində kalsium qlükonatın venadaxili yeridilməsi məqsədəuyğun ola bilər.
Valsartan və amlodipinin hər ikisinin hemodializ yolu ilə xaric olunması ehtimalı azdır.
Buraxılış forması
14 örtüklü tablet blisterdə, 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlama şəraiti
25°C-dən aşağı temperaturda, uşaqlarln əli çatmayan yerdə və öz qablaşdırmasında saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılış forması
Resept əsasında buraxılır.
İstehsalçı / Qeydiyyat vəsiqəsinin sahibi
Genix Pharma (Pvt) Ltd., Pakistan.
44, 45B, Korangi Creek Road, Karachi-75190, Pakistan.
UAN: +92-21-111-10-10-11
FAX: +92-21-111-10-10-22
E-mail: [email protected]
Web: www.genixpharma.com
